12px13px15px17px
Tarix:11/10/16

Britaniyada işə qəbul zamanı ilk dəfə virtual reallıq texnologiyası tətbiq edilib

Müsahibə zamanı virtual reallıq dünyasında öz bacarıqlarınızı nümayiş etdirməyə hazır olun. Britaniyalılar ilk dəfə namizədlərin seçimində sözügedən texnologiyanı sınaqdan keçiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, müsahibə zamanı işə götürənlər heç də həmişə namizədin dürüstlüyünə etibar etmirlər, əlavə vəsait və vaxt sərf etmədən insanın özünü bu və ya digər vəziyyətdə necə aparacağını müəyyənləşdirmək isə qeyri-mümkündür. Belə halda istənilən vəziyyəti simulyasiya etməyə imkan verən virtual reallıq texnologiyaları işə götürənlərin köməyinə gələ bilər. Britaniyanın “Lloyds Banking Group” maliyyə agentliyi yeni əməkdaşların işə qəbulunda ilk dəfə virtual reallıq texnologiyalarını tətbiq edib.

Agentlik namizədlərdən kompüterdə yaradılmış virtual dünyada müxtəlif problem və məsələləri həll etməyi xahiş edəcək. Bu halda işə götürənlər namizədin hərəkətlərini müşahidə etmək imkanına malik olacaq.
Namizədlər 360 dərəcəlik virtual mühitdə yerləşəcəklər. Hərəkətə nəzarət edən xüsusi sensorlar insanın bütün hərəkətlərini izləyəcək ki, bu da virtual reallıqda obyektlərin idarəsinə imkan verəcək.

Şirkət bu ilin payızında virtual reallıq texnologiyalarının köməyi ilə namizədlərin seçimi üzrə yeni üsulu istifadəyə verməyi planlaşdırır.

Emil Hüseynov




Baxış sayı: 536

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 May 2024

05 05 2024