12px13px15px17px
Tarix:11/10/16

Dünyada insan beyninə oxşar ilk neyron şəbəkə yaradılıb

Sauthempton Universitetinin əməkdaşları hazırda dünyada analoqu olmayan unikal neyron şəbəkəsi hazırlayıblar. Neyron şəbəkənin işi memristorlardan istifadəyə əsaslanır. Bundan əvvəl süni intellekt sistemlərində memristorlardan istifadə imkanı qeyri-mümkün hesab edilirdi. Bununla belə, memristorlar öz perspektivliliyini sübut ediblər, çünki alimlər tərəfindən qurulmuş şəbəkə tamamilə işləkdir.

“ICTnews” Elektron Xəbər Xidməti “infox.ru” saytına istinadən yazır ki, Sauthempton Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış şəbəkə insan beyninə oxşayır. Memristorların əsas özəlliyi onlardan keçən elektrik cərəyanının gücündən asılı olaraq çox geniş diapazonlarda öz müqavimətini dəyişmək qabiliyyətidir. İndiki halda müqavimətin dəyişilməsi kompüter hesablamaları və yaddaş xanalarında sıfır və vahid arasında keçirilmə ilə müqayisə edilə biləndir ki, bu da süni intellekt texnologiyalarında memristorlardan istifadəni mümkün edir.

Həmçinin alimlərin yeni həlli çox yüksək yaddaş sıxlığına malikdir, bu isə gələcəkdə əvvəlki ölçüləri saxlamaqla sinapsların sayının xeyli artımı deməkdir.

Məhz sinapsların məhdud sayı neyron şəbəkələrinin inkişafında əsas maneədir. Təcrübə göstərdi ki, memristorlar bu problemi maliyyə yatırımı olmadan asanlıqla həll edir.

Emil Hüseynov




Baxış sayı: 1297

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024