12px13px15px17px
Tarix:17/10/16

“Microsoft” rəsmən “Windows Server 2016” server platformasını təqdim edib

“Microsoft” korporasiyası “Windows Server 2016” server platformasının yeni versiyasını təqdim edib.  “Windows Server 2012 R2” relizindən 3 il sonra çıxarılmış “Windows Server 2016” biznesin rəqəmli transformasiyası məsələləri nəzərə alınaraq hazırlanıb və korporativ server infrastrukturunun daha səmərəli işləməsi üçün innovativ alətlərdən ibarətdir.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “Windows Server 2016”-nın əsas özəlliyi təhlükəsizlik sisteminin yenilənməsi olub. “IDC” tədqiqat şirkətinin məlumatına əsasən, 2016-cı ildə dünyada mütəşəkkil kibercinayətkarlıqdan şirkətlərə dəyən zərərin həcmi 650 milyard dollardan çox təşkil edəcək, 2020-ci ilə isə bu göstərici 1 trilyon dolları ötəcək.

Yeni “Windows Server 2016” server platformasında təhlükə və şübhəli fəaliyyətin operativ aşkar edilməsi alətləri, “BitLocker”in köməyi ilə virtual maşınların şifrlənməsi, “Credential Guard” administratorlarının hesablarının qorunması, həmçinin “Hyper-V”-də konteyner proqramları üçün təhlükəsizlik sistemi idarəetməsi imkanları əlçatan olub.

Emil Hüseynov




Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024