12px13px15px17px
Tarix:17/10/16

Cərrahiyyədə işıqla idarə edilən mikrorobotlardan istifadə ediləcək

Almaniya mütəxəssisləri işıq şüaları vasitəsilə idarə edilən canlı hüceyrə ölçüsündə kiçik robotlar yaradıblar. Bu, onlardan çətin əlçatan yerlərdə mikrocərrahiyyə aləti kimi istifadəyə imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, Maks Plank adına institutun tədqiqatçılar qrupu miniatür robotların idarəetməsi və nəzarəti üçün ən effektiv üsulun kəşfinə kömək edəcək silsilə eksperimentlər keçiriblər. Adətən bu məqsədlər üçün maqnit sahəsi tətbiq edilir, lakin almaniyalı mütəxəssislər fototaksisdən istifadə etmək qərarına gəliblər. Bu fenomeni tez-tez təbiətdə həşəratlar işığa uçub gələndə və ya əksinə, ondan uzaq qaçanda görmək mümkündür.

Mikrorobotlar üzərində nəzarət prinsipini işıqlandırmanın dəyişməsinə olan reaksiya təşkil edir. İdarəedici element qismində bir hissəsi qara rənglə rənglənmiş kürə çıxış edir. Rənglər kontrastı səthi bitişmələrin müxtəlifliyinə səbəb olur ki, bu da mikrorobotları hərəkətə gətirir. Hazırda alimlər işığın köməyi ilə kiçik robotu yalnız 1/10 millimetr məsafəyə hərəkətə gətirə bilsələr də, bu da ümidverici görünür. Optimist olan mütəxəssislər qeyd edirlər ki, bu, yalnız başlanğıcdır.

Nizam Nuriyev 




Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024