12px13px15px17px
Tarix:19/10/16

Yeni virus bank məlumatlarının ələ keçirilməsi üçün “selfi”dən istifadə edir

Banklar üçün ən təhlükəli troyan proqramlarından biri olan "Acecard" yenidən internetdə aktivləşib. "McAfee" şirkətinin ekspertləri bildiriblər ki, zərərli proqram təminatı virusa yoluxmuş smartfon sahiblərini şəxsiyyət vəsiqəsi və ya başqa sənədlə birgə "selfi" çəkməyə məcbur edir, bundan sonra bu şəkildən vəsait və ya hesabların oğurlanması üçün istifadə edir.

"ICTnews" Elektron Xəbər Xidməti "mail.ru" saytına istinadən yazır ki,  "Acecard" troyan virusu özünü "böyüklər üçün" proqram təminatı və ya videoya baxış üçün kodek kimi qələmə verir. Onu quraşdırdıqdan sonra proqram administrator imtiyazlarına sahiblənmək üçün sorğular göndərməyə başlayır və istifadəçi razılaşmayana kimi onu bezikdirir.

Bundan sonra zərərli proqram təminatı virusa yoluxmuş smartfonun sahibi müəyyən tətbiqi icra etməyənədək (məsələn, "Google Play" – troyanın versiyasından asılıdır) özünü büruzə vermir. Virus bank kartının məlumatlarını və başqa informasiyanı göstərməyi, həmçinin şəxsiyyəti təsdiqləyən sənədlə birgə "selfi" çəkməyi tələb edir.

Şəxsiyyət vəsiqəsi ilə birgə "selfi"dən bank və müxtəlif hesablara giriş üçün istifadə etmək olar.

Emil Hüseynov




Baxış sayı: 853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024