12px13px15px17px
Tarix:21/10/16

Ev routerlərinin 15%-i haker hücumlarına qarşı dayanıqsızdır

“Eset” antivirus şirkətinin mütəxəssisləri “ESET NOD32” məhsullarının köməyi ilə təxminən 12 min marşrutlayıcı arasında aparılmış araşdırmaya əsasən belə qənaətə gəliblər ki, ev routerlərinin ən azı 15%-nin təhlükəsizlik sistemində problem mövcuddur.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, routerlərin 15%-nə zəif parollar ("12345", "password" və sairə) qurulub və loqin kimi əksər hallarda ənənəvi "admin" sözündən istifadə olunur.

“Eset” şirkətindən bildirilib ki, routerlərin 7%-i yüksək və ya orta risk dərəcəli proqram boşluğuna malikdirlər. 53% hallarda problem icazə hüququnun yanlış sazlanması ilə bağlıdır. Routerlərin 39%-da aşkar edilmiş boşluq komandaların tətbiqi ilə bağlıdır. Belə ki, hakerlər komandaların köməyi ilə əməliyyat sisteminin əmr sətrinə giriş əldə edə bilərlər.

8%-də “XSS” boşluq qeydə alınıb.

"Araşdırma sübut etdi ki, aşkar edilmiş boşluqlar sayəsində “Wi-Fi” routerlərə asanlıqla hücum etmək olar. Bu, ev şəbəkələri, həmçinin kiçik biznesin təhlükəsizliyini təhlükə altına qoyur" – “Eset” şirkətinin eksperti Piter Stançik deyib.

Emil Hüseynov




Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024