12px13px15px17px
Tarix:22/10/16

Yeni istifadəçi interfeysi informasiyanı göstərir və insanla birlikdə işləyir (VİDEO)

Beynəlxalq alimlər qrupu Tokioda keçirilən "UIST 2016” konfransında əsas rolu bir neçə kiçik avtonom robotun oynadığı yeni istifadəçi interfeysi təqdim ediblər. “Zooids” adlanan açıq platforma həm informasiyanı göstərir, həm də insanla birlikdə işləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, tədqiqatçıların sözlərinə görə, platforma hər biri 2,6 sm diametr ölçüsündə təkərlər üzərində xüsusi layihələndirilmiş mikrorobotlar dəstindən, baza radiostansiyasından, optik virtual reallıq üçün yüksəksürətli “DLP” proyektor və əlavə idarəetməsi üçün proqram platforması və texnologiyasından ibarətdir.  

Məlumata görə, kiçik robotlar dəsti canlı orqanizm kimi müxtəlif vəziyyətlər alaraq müəyyən informasiyanı təsvir edir, eləcə də qarışqalar kimi əşyaları yerindən tərpədir. Həmçinin onlar birlikdə hərəkət edərək robotlar dəstinin yerdəyişməsini izləyən kompüterdən təlimatlar alırlar.  

Videodan da göründüyü kimi robotlar telefon gətirə, mətbəx stolu üstündəki qırıntıları təmizləyə bilirlər. Robota dövrə vurduran istifadəçi səsin ucalığını azalda və ya ondan oyunda idarəetmə elementi kimi istifadə edə bilər.

Nizam Nuriyev  






Baxış sayı: 1302

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024