12px13px15px17px
Tarix:24/10/16

“Ağıllı” saatlar nəbzin düzgün ölçülməsini təmin etmir

Amerikalı alimlərin qənaətinə görə, fitnes bilərziklər, həmçinin "ağıllı" saatlar nəbzi dəqiq ölçmürlər.
Son illər "ağıllı" bilərziklər və saatlar idman və fitnes həvəskarları tərəfindən geniş istifadə edilir. Sözügedən qurğular yuxuya, sərf edilən kaloriyə, fiziki aktivliyə, nəbzin tezliyinə nəzarət edə bilir. Lakin indiyədək nəbzin tezliyinin dəqiqliyi ciddi yoxlanılmayıb.

"ICTnews" Elektron Xəbər Xidməti nplus1.ru saytına istinadən yazır ki, Klivlend klinikasının Ürək-damar institutunun əməkdaşları "Fitbit Charge HR", "Apple Watch", "Mio Alpha" və "Basis Peak" qurğularına qurulmuş optik nəbzölçənlərin dəqiqliyini araşdırıblar. Bu məqsədlə onlar normal çəkili 50 sağlam könüllü (orta yaş  həddi 37) dəvət ediblər və istirahət, müxtəlif intensivlikli fiziki yüklənmələr zamanı və bərpa dövründə bu qurğuların köməyi ilə onların nəbzini ölçüblər. Paralel olaraq elektrokardioqramma vasitəsilə ürək döyüntülərinin tezliyini qeydə alıblar.

Məlum olub ki, "Basis Peak" yüngül yüklənmə zamanı nəbzin ölçüsünü artırır. "Fitbit Charge HR" isə əksinə, intensiv yüklənmə zamanı nəbzin göstəricisini azaldır.

Bu qurğular yüngül yüklənmə zamanı daha dəqiq işləyib. İştirakçıların bədən çəkisi, cinsi və yaşı ölçmələrin nəticəsinə təsir etməyib.

Alimlər əldə edilmiş nəticələrə əsasən belə qənaətə gəliblər ki, biləyə taxılan optik qurğular nəbzin tezliyi üzrə lazımi dəqiqliyi təmin etmir. Belə qurğular kardioloji pasiyentlər üçün deyil, yalnız fiziki işlə məşğul olan insanlar üçün gərəklidir, çünki qurğu xəstələri müalicə edən həkimlərə yanlış informasiya təqdim edə bilər.

Emil Hüseynov




Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024