12px13px15px17px
Tarix:25/10/16

"Elektron hökumət" mövzusunda Bərdə və Tərtər rayonlarında seminar keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi cəbhəyanı rayonlarda “Elektron hökumət” mövzusunda seminarlara start verib.
 
Belə ki, ilk seminarlar Bərdə və Tərtər rayonlarında baş tutub. Seminarlarda 100-dən çox müxtəlif yaş qruplarından olan vətəndaşlar iştirak edib.
 
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin, Məlumat Hesablama Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yerli sakinlərin iştirak etdiyi seminarlarda "Elektron hökumət" xidmətlərinin məmur-vətəndaş təmasının maksimum azaldılması, şəffaflığın təmin edilməsi istiqamətində əhəmiyyətindən danışılıb. Bildirilib ki, region əhalisinin “Elektron hökumət” haqqında yetərincə informasiyaya malik olmaması elektron xidmətlərdən istifadəni məhdudlaşdırır.
 
Seminarlarda Məlumat Hesablama Mərkəzinin nümayəndəsi portal üzrə təqdim olunan 415 elektron xidmətlər və bu xidmətlərin üstünlükləri barədə məlumat verib.
 
Portal üzrə əhali tərəfindənən çox müraciət olunan xidmətlər barədə məlumatlar da iştirakçılarının diqqətinə çatdırılıb. Bu elektron xidmətlərdən bəziləri onlayn rejimdə təqdim edilib.
 
Sonda iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıb.
 
Məlumat üçün bildirək ki, növbəti seminarlar 4-5 noyabr tarixlərində Ağdam və Goranboy rayonlarında baş tutacaq. Tədbirdə iştirak etmək istəyənlər (+994) 55 267 00 61 nömrəsinə zəng edərək müraciət edə bilər.















Baxış sayı: 1052

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024