12px13px15px17px
Tarix:26/10/16

“Gartner”: “İlk tibbi yardım yüksək texnologiyaların təsiri altında dəyişəcək”

"Gartner" analitik şirkəti müasir yüksək və informasiya texnologiyalarının təsiri altında tibb sahəsinin inkişafı ilə bağlı öz proqnozunu təqdim edib.

Sözügedən analitik şirkətin proqnozuna əsasən, yaxın 20 ildə ilk tibbi yardım tanınmayacaq dərəcədə dəyişəcək. Avtomatik rejimdə pasiyentlərin vəziyyətini izləməyə imkan verən və ilk yardımın göstərilməsi zamanı insan amilini tamamilə istisna edən "sağlamlıq üzrə virtual şəxsi assistentlər" geniş populyarlıq qazanmağa başlayacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "infox.ru" saytına istinadən yazır ki, "Gartner"in proqnozuna görə, 2025-ci ilə bu virtual köməkçilər tibbi personalın bir hissəsini əvəz edəcəklər, çünki insanlar onları həkimlərlə müqayisədə daha həssas və dəqiq hesab edəcəklər. Belə ki, bir çox həkimlər etik davranış qaydalarına riayət etmirlər.

"Gartner"in ekspertləri bildiriblər ki, hazırda insanın orqanizmi və sağlamlıq vəziyyəti haqda informasiya aqreqatorları ən erkən inkişaf  mərhələsindədir. Bu inkişaf mərhələsinin yüksək zirvəsi olacaq virtual köməkçilər öz inkişaf yolunda bir çox maneə ilə qarşılaşacaq.

Bu, artıq onların ilk tibbi yardım sahəsinə tətbiqini ləngidəcək, bəzi ölkələrdə maliyyə problemi və qanunvericiliklə bağlı çətinliklər, həmçinin bir sıra başqa maneələr ortalığa çıxacaq.

Emil Hüseynov




Baxış sayı: 606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024