12px13px15px17px
Tarix:31/10/16

Sabahdan Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçiləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin diqqətinə çatdırır ki, bu gün axşamdan etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılır. 1 noyabr tarixindən etibarən, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçiləcək.
 
Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.
 
Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. 1 noyabrdan etibarən Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər. 
 
Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.
 
Məlumat üçün bildirək ki, rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya  proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.
 
Xatırladaq ki, Respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım dayandırılacaq.
 
 Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib.
 
Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli “Qaynar xətt”nə zəng edə bilərsiniz.
 



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Fevral 2020

26/02/20
Süni intellekt üçün etik prinsiplər qəbul olunub

ABŞ Müdafiə Nazirliyi silahlanmada süni intellektdən istifadə üzrə etik prinsipləri rəsmən qəbul edib.

26/02/20
“Samsung” bükülən smartfonlar istehsalını dayandırıb

“Samsung” şirkəti Cənubi Koreyanın Kumi şəhərində yerləşən elastik smartfonlar istehsalı zavodunu müvəqqə

26/02/20
“iPhone” istifadəçilərinin fərdi məlumatları təhlükə altındadır

Proqramçı Tommi Misk “iOS” əməliyyat sistemi üçün əlavələrə “iPhone” və ya “iPad” qu

25 02 2020

25/02/20
“LG” şirkəti üçqat kameraya, “NFC” və tutumlu akkumulyatora malik yeni smartfonunu təqdim edib

“LG” şirkəti “Q51” adlı modelini təqdim edərək orta qiymət diapazonundakı smartfonlar çeşidini genişləndirib.

25/02/20
“Huawei” şirkəti “Honor 9x Pro” aparatını təqdim edib

Çinin “Huawei” şirkəti ucuz, amma məhsuldar “Honor 9x Pro” smartfonunu təqdim edib.

25/02/20
“Huawei” şirkəti “5G”-ni dəstəkləyən qatlanan smartfonunu təqdim edib

Çinin “Huawei” texnologiya korporasiyası Barselonada keçirilmiş onlayn təqdimatda “5G” qoşulmasını

25/02/20
“Sony” şirkəti “Xperia 10 Mark II” smartfonunu təqdim edib

“Sony” şirkəti qabaqcıl “Xperia 1 Mark II” aparatı və peşəkarlar üçün “Xperia Pro” prototip

25/02/20
Avropa Komissiyasının əməkdaşları “Signal” messencerindən istifadəyə başlayıblar

Avropa Komissiyasının əməkdaşlarına işgüzar yazışmaları yalnız “Signal” messencerində aparmaq tövsiyə

25/02/20
Dronlar üçün lazer peyk rabitə sistemi sınaqdan keçirilib

“General Atomics” şirkəti pilotsuz uçan aparatlar üçün lazer peyk rabitə sistemini sınaqdan keçirib.

25/02/20
Çində tibbi maskalı insanların tanınması üçün sistem tətbiq edilib

Çində insanları maska, şərf və saxta saqqalda müəyyənləşdirən yenilənmiş sifətin tanınması sisteminin tət

25/02/20
“Sony Xperia 1 II” smartfonu nümayiş olunub

Yaponiyanın “Sony” şirkəti ötənilki “Xperia 1” modelinin təkmilləşdirilmiş versiyası olan qabaqcıl “Xperi

25/02/20
Yeni “iPhone” modeli “Wi-Fi 802.11ay” standartını dəstəkləyəcək

Növbəti “iPhone” smartfon modeli “IEEE 802.11ay” kimi tanınan yeni “Wi-Fi” standartını dəstəkləyəcək. O