12px13px15px17px
Tarix:03/11/16

Virtual reallıq texnologiyasını dəstəkləyən ilk “Windows” smartfonu təqdim edilib

Virtual reallıq texnologiyasını dəstəkləyən "Windows" sistemi ilə işləyən "Alcatel Idol 4S" adlı ilk smartfon təqdim edilib. "Microsoft" şirkətinin qabaqcıl qurğusunun tədarük dəstinə virtual reallıq eynəyi də daxil ediləcək.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, 2.15 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 820" prosessoru və "Adreno 530" qrafik bloku ilə təchiz edilmiş yeni qurğu "Windows 10 Mobile" əməliyyat sistemi ilə işləyir. 5.5 düymlük diaqonala malik "AMOLED" texnologiyası ilə hazırlanmış displeyin təsvir ölçüsü 1920x1080 pikseldir və kənar hissələrinə "Dragontrail" qoruyucu şüşəsi qurulub.

Aparat, həmçinin 4 QB əməli yaddaş, 64 QB-lıq fləş daşıyıcı, "microSD" çıxarılıb taxılan yaddaş kartları üçün slot, ikiqat "LED" işıqlandırıcısına malik 21 meqapiksellik "Sony IMX230" kamerası, 8 meqapiksellik ön kamera və 1.2 Vatt gücündə iki ədəd stereodinamikə malik "Hi-Fi" audiosisteminə malikdir.

Cihazı blokdan çıxarma və internetdə pul tranzaksiyalarının təsdiqlənməsi üçün barmaq izinin autentifikasiyası dəstəklənir. 3000 milliamper/saat tutumunda olan akkumulyator batareyası "Qualcomm Quick Charge 3.0" simsiz enerjidoldurma funksiyasını dəstəkləyir.

Smartfonun qiyməti 470 dollardır.

Emil Hüseynov




Baxış sayı: 527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024