12px13px15px17px
Tarix:05/11/16

Poçtda dekoderlərin satışı yardımçı tədbirdir

Analoq televiziya yayımından rəqəmli televiziya yayımına keçidin zəruriliyi yarandığından 2006-cı ildə Beynəlxalq Telekommunikasiya İttifaqında bu məsələlər müzakirə edilmiş və dünya ölkələrinin bu keçidə hazırlığı nəzərə alınaraq 2015-ci ildə rəqəmli yayıma tam keçilməsi və analoq yayımın dayandırılması üzrə bütün üzv ölkələr öhdəlik qəbul etmişlər.  Bu öhdəliyə görə, 2015-ci ildən sonrakı dövrdə davam edəcək analoq televiziya yayımı üçün informasiya təhlükəsizliyinin qorunması ilə bağlı kənar müdaxilələrə beynəlxalq səviyyədə baxılmır. 
 
Azərbaycan ərazisində televiziyaların rəqəmli yayımlanması texnoloji prosesdir. Digər sahələrdə olduğu kimi, televiziya yayımında da son standartlar tətbiq edilməlidir. Bütün əhalinin televiziya proqramlarını vahid, yüksək keyfiyyətdə izləməsi təmin olunmalıdır. 
 
 Azərbaycanda rəqəmli televiziya yayımına keçid prosesi 2004-cü ildən başlamışdır. Bir neçə il test yayımı aparılaraq 2011-ci ildən bütün respublika ərazisində rəqəmli yayım şəbəkəsinin qurulması başlamışdır. 2014-cü ildə şəbəkənin qurulması başa çatdırılmış və ilk olaraq həmin ilin dekabr ayında  Naxçıvan Muxtar Respublikası ərazisində analoq yayım tam dayandırılaraq rəqəmli şəbəkəyə keçirilmişdir.
 
Bütün bu dövr ərzində, əsasən də son bir neçə ayda ictimaiyyət daim məlumatlandırılıb. Milli Televiziya və Radio Şurasının müvafiq qərarına uyğun olaraq  noyabrın 1-dən Bakı və Abşeron ərazisində, dekabrın 1-dən isə respublikanın digər ərazilərində analoq yayımın dayandırılması barədə əhali məlumatlandırılıb.
 
Uzun müddətdir ki, ayrı-ayrı şirkətlər tərəfindən qəbuledici avadanlıqlar radioelektron malların satış məntəqələrində müxtəlif qiymətlərlə əhaliyə təklif olunur. Əhalinin hər hansı məişət qurğuları ilə təmin olunması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid deyil. "Azərpoçt" tərəfindən poçt şöbələrində bu qurğuların münasib qiymətlə satışı isə əlavə, yardımçı bir tədbirdir. Məqsəd dekoderlərin qiymətinin süni surətdə qaldırılmasının qarşısının alınması və əhalinin bu qurğulara olan tələbatının ödənilməsinə köməkdir. Bu işlər tələbata uyğun olaraq "Azərpoçt" tərəfindən davam etdirilir. 




Baxış sayı: 500

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Aprel 2020

07/04/20
Qrafik prosessor istehsalçısı “COVID-19” ilə mübarizə üçün “HPC” konsorsiumuna qoşulub

“NVIDIA” şirkəti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə yönələn “High Performance Com

07/04/20
“Snapdragon 712” prosessoru və ikiqat selfi kamera ilə təchiz edilmiş “vivo V19” smartfonu təqdim edilib

“Vivo” şirkətinin qurğular çeşidinə “vivo V19” adlı model də əlavə edilib.

07/04/20
“Apple” 20 milyondan çox tibbi maska və qoruyucu ekran istehsal edib

ABŞ-ın “Apple” şirkəti koronavirusun yayılması ilə mübarizə aparmaq məqsədilə 20 milyondan çox tibbi mask

07/04/20
“Samsung Galaxy Chromebook” noutbuku satışa çıxarılıb

Cənubi Koreyanın “Samsung” şirkətinin ilin əvvəlində “CES 2020” beynəlxalq elektronika sərgisində təqdim

06 04 2020

06/04/20
Rəqəmsal xidmətləri əlçatan edən “evdeqal.az” saytı istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının 

06/04/20
“Skype”ın yeni funksiyası qeydiyyatsız və proqram quraşdırmadan ünsiyyət saxlamağa imkan verir

“Skype”da qeydiyyatdan keçmək asan prosedurdur. Lakin evdən kənarda zəng etmək lazım olduqda kənar qurğud

06/04/20
Biomühəndislər təhlükəsiz neyron implantları çap etməyi öyrəniblər

Beyin insanın ən həssas orqanlarından biridir. Epilepsiya, parkinson və ağır depressiya kimi bir sıra xəs

06/04/20
“Apple” smartfonları üçün sualtı interfeys hazırlanır

Əksər müasir smartfonlar suya dalmağa dözümlüdür. Lakin belə şəraitdə sensor ekrandan normal istifadə çət

06/04/20
Evdən işləyənlərə haker hücumları barədə xəbərdarlıq edilib

Kibertəhlükəsizlikdə ixtisaslaşan “Herjavec Group” şirkətinin baş direktoru Robert Eryaves koronavirus in

06/04/20
İlk “Realme” televizorunun diaqonalı nə qədər olacaq?

Məşhur smartfon istehsalçısı kimi tanınan Çinin “Realme” şirkəti tədricən yeni istehlak elektronikası seq

06/04/20
“Xiaomi” 30 gün avtonom işləyən “ağıllı” saatını təqdim edib

“Xiaomi” şirkətinin daşınan elektronika çeşidinə “Haylou” brendinə məxsus yeni “ağıllı” saat əlavə ed

06/04/20
“Google” pandemiya dövründə insanların hərəkət etməsini izləyən sayt təqdim edib

ABŞ-ın “Google” şirkəti servis istifadəçilərinin bütün dünya üzrə müxtəlif yerlərdə olması barədə he

06/04/20
Yeni tip ekranlar gözdən əlillərə şəkilləri "görməyə" imkan verir

Müasir noutbuk və kompüterlər gözdən əlillərə mətni barmaqlarının ucu ilə oxumağa imkan verən xüsusi Bray

06/04/20
Ən məhsuldar “Android” smartfonları məlum olub

Mobil telefonların məhsuldarlığını qiymətləndirən “AnTuTu” şirkəti ən güclü smartfonların aylıq siyahısın