12px13px15px17px
Tarix:06/11/16

6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür

6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 90 il əvvəl məhz tarixin bu günü  Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu il isə bu təqvim daha bir yeniliklə - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya  yayımına keçidlə əlamətdardır. Məlum olduğu kimi, cari ilin noyabr ayının 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında analoq yayım dayandırılıb və tam olaraq rəqəmli televiziya  yayımına keçilib. Dekabr ayının 1-dən isə Naxçıvan Muxtar Respublikası istisna olmaqla respublikanın digər əraziləri də rəqəmli yayıma keçəcək. Məlumat üçün bildirək ki,  Naxçıvanda tam olaraq rəqəmli teleradio yayımına 2014-cü ilin dekabr ayından etibarən start verilib.
 
Radio-televiziya yayımları sahəsində yeni rəqəmli texnologiyaların tətbiqi analoq standartının daha müasir rəqəmli standartla əvəz edilməsi zərurətini meydana çıxarıb. Digər ölkələrdə olduğu kimi, respublikamızın ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırda müvafiq tədbirlər görülməkdədir.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib və Nazirlər Kabinetinin 2011-ci ildə növbəti qərarı ilə "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı" təsdiq olunub. Təbii ki, yeni yayım sisteminə keçid üzrə ən əsas qərar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" oldu.

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.
 
Azərbaycanda rəqəmli televiziya yayımına keçidlə əlaqədar ilk dəfə 2004-cü ildə Bakı Teleqüllə Kompleksinin test işlərinə başlanılıb. Respublikada rəqəmli TV yayımı üçün DVB-T MPEG-4 standartı qəbul olunub. Respublikanın bütün şəhər və rayon mərkəzləri və ətraf yaşayış məntəqələri açıq paketli rəqəmli televiziya yayımı ilə təmin edilib.
 
Şübhəsiz ki, Azərbaycanda televiziya və radioyayımı üzrə yeni standartların tətbiqi üçün davamlı olaraq, kompleks tədbirlər həyata keçirilib.
 
İlk olaraq, 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb.1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb. 
 
Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.
 
Hazırda ölkə ərazisində radio proqramları orta dalğa (AM radio 526,5-1606,5kHs) və UQD dalğa diapazonundakı tezliklərdə (FM radio 88 MHs-108 MHs), televiziya proqramları isə PAL, D/K standartında və III, IV və V televiziya diapazonlarında yayımlanır. Qeyd edək ki, rəqəmli televiziya yayım şəbəkəsi DVB-T standartı üzrə qurulub.
 
Orta dalğalarda "Azərbaycan" radiosu və müxtəlif dillərdə yayımlanan "Xaricə yayım" radio proqramları yayımlanır. Orta dalğa radio yayımlarının texnoloji xüsusiyyətlərindən asılı olaraq, bu dalğalarda yayımlanan proqramlar nəinki ölkə daxilində, hətta xarici ölkələrdə də qəbul oluna bilir.
 
Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də (məsələn, "Azerspace" peyki) yayımlanır. 





Baxış sayı: 1735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Fevral 2017

23/02/17
Yeni zərərli kampaniya “Chrome” istifadəçilərinə hücum edir

“Malwarebytes” şirkətinin mütəxəssisi Jerom Sequra “Google Chrome” brauzerinin istifadəçilərinə qarşı yönələn

23/02/17
Messencerlərin populyarlığı artır

“Gartner” analitik şirkəti tədqiqat apararaq 2016-cı ildə sosial şəbəkələrin populyarlığının 2 faiz azalmasını

23/02/17
Yeni proqram təminatı dronların uçuşunu avtomatlaşdıracaq

ABŞ-ın “Exyn Technologies” şirkəti kompüter təlimi və neyron şəbəkələr əsasında pilotsuz uçan aparatlara insan 

23/02/17
“Instagram” bir postda 10-dək fotoşəklin dərcinə icazə verdi

“Instagram” xidmətində istifadəyə verilmiş yeni funksiya bir postda 10-dək fotoşəkil və videoçarx dərc etməyə imkan verir. 

23/02/17
2016-cı ildə “Android” sistemi üzrə pul tələb edən virusların yüksək aktivliyi qeydə alınıb

“Google” şirkəti “Android” mobil əməliyyat sistemində ən ciddi boşluqların belə istifadəçilərə ziyan vurmadığını bildir

23/02/17
2017-ci ilin sonuna “Windows 10” sistemində yeni dizayndan istifadə ediləcək

“Microsoft” şirkətinin nümayəndələri Avstraliyada keçirilmiş “Microsoft Ignite” konfransı çərçivəsin

23/02/17
“Motorola” smartfonlarının istehsalı dayandırılır

Çinin “Lenovo” şirkəti “Motorola” brendindən imtina edərək istehsal etdiyi qurğuları vahid “Lenovo moto” ad

23/02/17
Bu il kiberhücumların sayında artım gözlənilir

Fransanın “Gemalto” şirkətinin ekspertləri 2017-ci ildə maliyyə qurumlarına və siyasi təşkilatlara qarşı həyata 

23/02/17
“Skype Lite” proqramı təqdim edilib

“Microsoft” şirkəti “Skype VoIP” xidmətinin aşağı güclü smartfonlar və zəif mobil şəbəkələr üçün nə

22 02 2017

22/02/17
“Mac” üçün proqramların işində fasilələr yaranıb

“Apple” şirkətinin “Mac” fərdi kompüter istifadəçiləri son vaxtlar bu platforma üçün bir

22/02/17
“Intel” 1 qiqabitlik internet sürətini dəstəkləyən “LTE” modem təqdim edib

1000 Mbit/s yükləmə sürəti mobil şəbəkələrin inkişafında yeni mərhələdir. Avstraliyada yerli “Telstra” operatoru 

22/02/17
“Selfie” üçün ideal qurğu təqdim olunub

Populyar “Meitu” proqramının yaradıcıları məxsusi olaraq “selfie” çəkilişi üçün nəzərdə tutulan

22/02/17
“Samsung” şirkəti “Galaxy Note 7” smartfonunu yenidən satışa çıxaracaq

“Samsung” şirkəti təmir edilmiş “Galaxy Note 7” smartfonlarını yenidən satışa çıxaracaq. 2017-ci ilin iyununda 

22/02/17
Yeni “LTE” modemi mobil şəbəkələrdə məlumatları daha sürətli ötürəcək

“Qualcomm” şirkəti mobil şəbəkələrdə məlumatları 1,2 giqabit/saniyəyədək sürətində ötürən “X20 LTE” modeminin

22/02/17
“Huawei” şirkəti qabaqcıl “Honor V9” smartfonunu təqdim edib

Çinin “Huawei” şirkəti yüksək dəqiqlikli  böyük ekran və nazik korpusla təchiz edilmiş qabaqcıl “Honor V9

22/02/17
“Azərkosmos” və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 

22/02/17
Yeni tip akkumulyatorlar yaradılıb

ABŞ alimləri dünyada ilk dəfə olaraq enerji daşıyıcısı kimi yalnız hidroksonium ionlarından istifadə edən batareya