12px13px15px17px
Tarix:07/11/16

2015-ci ildə bərpa olunan elektrik enerjisinin payı ilk dəfə kömür stansiyalarında hasil olunan enerjinin payını ötüb

Beynəlxalq Energetika Agentliyinin hesabatına əsasən, 2015-ci ildə bərpa olunan mənbələrdən hasil edilən elektrik enerjisinin payı kömür stansiyalarında ənənəvi üsulla hasil edilmiş enerjidən yüksək olub. Bu, tarixdə ilk belə hadisədir və ötən il bərpa olunan enerji hasilinin ümumi həcmi 150 qiqavatt təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, ekspertlər hesab edirlər ki, 2021-ci ilə planetdə bərpa olunan elektrik enerjisinin payı 42%-dək artacaq, Hindistan və Çin bu sahədə liderliyi ələ keçirəcəklər. Ekoloji elektrik enerjisinin istehsal qiyməti azalıb, mütəmadi daha ucuz və səmərəli günəş panelləri istehsal etməyə imkan verən yeni həllər meydana çıxır, son 5 ildə günəş enerjisi 30% ucuzlaşıb. Külək elektrik stansiyaları, həmçinin daha səmərəli olub. Onların köməyi ilə hasil edilmiş elektrik enerjisinin dəyəri bir neçə il sonra 15%, günəş enerjisinin qiyməti isə 30% ucuzlaşacaq.

Ötən il günəş panellərinə olan tələbatın xeyli artması müşahidə edilib, bu halda günəş elektrik stansiyalarının quraşdırılma  dəyəri, həmçinin 33% azalıb. “Bloomberg” nəşrinin hesabatına əsasən, 2040-cı ilə günəş və külək  elektrik stansiyaları tərəfindən dünyada ən ucuz elektrik enerjisi istehsal ediləcək.

Emil Hüseynov




Baxış sayı: 445

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024