12px13px15px17px
Tarix:07/11/16

100 dollarlıq inqilabi qənaətcil mühərrik yaradılıb

İsrailin "Aquarius Engines" şirkəti hibrid avtomobillər üçün innovativ  daxili yanma mühərrikini təqdim edib.

Mühərrik minimum çəkiyə və yığcam ölçülərə malikdir və yanacaq bakı tam dolu olan avtomobilin 1600 km məsafə qət etməsinə imkan verəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "mail.ru" saytına istinadən yazır ki, daxili yanma mühərriki 20 qovşaq və detaldan ibarətdir. Konstruksiyanın yeganə hərəkətli elementi üfüqi səthdə öz yerini dəyişdirən porşendir. "FEV" maşındüzəltmə şirkətinin mütəxəssisləri tərəfindən keçirilmiş sınaqlar  yeni mühərrikin analoqlarından iki dəfədən çox effektiv olduğunu sübut edib.

Mühəndislər hesab edirlər ki, yeni daxili yanma mühərrikini rekord xüsusi gücə malik elektrik generator ilə birgə hibrid avtomobillərdə istifadə etmək olar. Artıq patentlənmiş belə mühərriklərin istehsalı üçün "Peugiot" konserni ilə danışıqlar aparılır.  Bundan başqa, mühərrikdə reallaşdırılmış texnologiya yüksək effektivli mobil generatorların yaradılmasında istifadə oluna bilər.

Emil Hüseynov




Baxış sayı: 858

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024