12px13px15px17px
Tarix:08/11/16

“Azərbaycanda İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi” üzrə birgə layihə reallaşdırılır

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi" layihəsinin növbəti mərhələsinin birgə icrası barədə razılıq əldə edib.
 
Layihənin məqsədi İKT-nin tətbiq dairəsini genişləndirmək, sosial-iqtisadi təsirlərini artırmaq, regional səviyyədə "rəqəmli fərq"i aradan qaldırmaq üçün çoxtərəfli dialoq yaratmaqdır.
 
Layihə çərçivəsində beynəlxalq təşkilatlarla (BMT İqtisadi və Sosial məsələlər üzrə Departamenti (UNDESA), BMT Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT Dövlət Administrasiya Şəbəkəsi (UNPAN), BMT Asiya və Sakit Okean Regionu üzrə Komissiyası (UNESCAP) və s.), eləcə də, Azərbaycanda yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, biznes dairələri ilə əməkdaşlıq ediləcək.
 
Eyni zamanda, "e-iştirak" üzrə milli bacarıqların artırılması, açıq hökumət məlumatları  üzrə maarifləndirmə, "Trans-Avrasiya Super İnformasiya Magistralı"  layihəsi istiqamətində  fəaliyyətin həyata keçirilməsi, biliklərə əsaslanan və innovativ iqtisadiyyatın inkişafı üçün milli konsepsiyanın işlənilməsi, eləcə də "elektron hökumət" infrastrukturunun inkişafı və e-xidmətlərin təşviqi üzrə birgə işlər görülməsi nəzərdə tutulub. Regional İnternet İdarəçilik Forumunun təşkili üzrə  birgə əməkdaşlıq da layihədə planlaşdırılıb.
 
BMTİP Azərbaycan Hökumətinin İKT sahəsində əməkdaşlıq üzrə uzunmüddətli tərəfdaşı kimi tanınır. Bu illər ərzində müxtəlif dövlət qurumları ilə çoxsaylı layihələr həyata keçirilib və bu gün də davam etdirilir.
 
BMTİP indiyədək Milli İKT Strategiyasının hazırlanması, "AzDataCom" şəbəkəsinin qurulması, Data  Mərkəzin yaradılması, həmçinin Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarında işgüzar proseslərin avtomatlaşdırılması  sahəsində layihələrin həyata keçirilməsində əməkdaşlıq edib.



 
 



Baxış sayı: 1258

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024