12px13px15px17px
Tarix:10/11/16

ABŞ universitetində dərslər müəllimlərsiz keçiriləcək

ABŞ-ın Kaliforniya ştatında müəllimləri olmayan universitet fəaliyyətə başlayıb. Profilini informasiya texnologiyaları təşkil edən ali məktəbdə tələbələr özləri bir-birini öyrədəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “HiTech-News” resursuna istinadən yazır ki, universitet “Avtostopla qalaktika boyu” fantastik romanında xüsusi kompüterin həyatın əsas məsələsi kimi 42 rəqəmini müəyyənləşdirdiyi epizoda uyğun olaraq “42” adlanır. Xüsusi təchiz edilmiş auditoriyalarda yerləşdirilən min tələbə müəllimlərin köməyi olmadan kodlaşdırma və proqramlaşdırma dillərini öyrənir. Dərslər standart mühazirə və zaçotlarsız keçir, tələbələr sadəcə xüsusi kompüter şəbəkəsində bir-biri ilə təcrübə və biliklərini bölüşürlər. Həmçinin onlar müstəqil şəkildə birgə layihələr hazırlayır və bir-birinin dərslərini yoxlayırlar.

İlk baxışdan elə görünə bilər ki, belə sistem müsbət nəticə verməyəcək. Lakin Parisdə fəaliyyət göstərən oxşar universitet artıq effektivliyini göstərib. Hazırda Fransa universitetinin məzunları “IBM”, “Amazon.com” və “Tesla” kimi dünyanın məşhur şirkətlərində çalışır və ya uğurlu biznesə sahibdirlər. Məsələ ondadır ki, “42” Universitetinə gələcəkdə həqiqətən proqramçı olmaq istəyən və öz həyatını informasiya texnologiyalarsız təsəvvür etməyən gənclər daxil olurlar.

Nizam Nuriyev 




Baxış sayı: 529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024