12px13px15px17px
Tarix:28/09/11

Oracle” şirkəti “SPARC T4” server prosessorlarını təqdim edib

“Oracle” şirkəti məhsuldar “SPARC T4” prosessorlarını, həmçinin onların əsasında hazırlanan güclü “SuperCluster” hesablama sistemini təqdim edib.

“S3” arxitekturasında hazırlanmış “SPARC T4” (kod adı - Yosemite Falls) çipləri 8 nüvədən ibarətdir. Onların hər biri eyni zamanda 8 təlimat axını yerinə yetirə bilər.

Beləliklə, emal edilən verilənlər axınının ümumi sayı 64-ə çatır. Takt tezliyi 3 QHz; üçüncü səviyyəli keş həcmi 4 MB-ya qədərdir. Prosessorlar 2 “DDR3” yaddaş və 2 “PCI-Express 2.0 x8” kontrolleri ilə təchiz olunub.

İstehsalçının bəyanatına əsasən, “SPARC T4” xəttinin məmulatları əvvəlki nəsil çipləri ilə müqayisədə biraxınlı hesablamalarda 5 qat artıq məhsuldarlığı təmin edir.

“SPARC T4” prosessorları standart serverlər və bleyd-sistemlər tərkibində 16 mindən 160 min dollara qədər qiymətdə təklif ediləcəklər.

“SPARC T4” prosessorları əsasında hesablayıcı komplekslərdən biri “SuperCluster”-dir; o, korporativ sinfin çoxlu resurs tələb edən proqramların işinin, irimiqyaslı verilənlər bazasının və s. dəstəklənməsi üçün nəzərdə tutulub.

“Oracle” şirkətinin artıq “SPARC T5” prosessorlarının hazırlamasına başladığı bildirilib, lakin onların bazara çıxış müddəti hələ açıqlanmır.



Baxış sayı: 881

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024