12px13px15px17px
Tarix:11/11/16

Uşaqlar üçün onlayn təlim keçirilib

Uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində müxtəlif tədbirlər təşkil edilir. Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.
 
 
Bu istiqamətdə fəaliyyətin davamı olaraq, bölgələrdə yaşayan uşaqların öz hüquqları ilə bağlı məlumatlılığının, fəallığının artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə Nazirliyin  tabeliyində fəaliyyət göstərən  “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin regionlarda olan mərkəzləri vasitəsilə onlayn təlimlər keçirilib.
 
 
Bu gün ilki təşkil olunan təlimdə “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin Qəbələdə yerləşən Mərkəzi vasitəsi ilə rayonun məktəblərini təmsil edən uşaqlar iştirak edib.
 
Təlim zamanı uşaqlarla aktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və uşaq hüquqları ilə bağlı məlumatlar verilib.
 
Qeyd edək ki, yaxın zamanlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin regionlarda olan mərkəzləri vasitəsilə uşaqlar üçün bir sıra onlayn təlimlərin keçirilməsi nəzərdə tutulub.
 



Baxış sayı: 1039

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2018

17 11 2018

17/11/18
“Huawei” 2020-ci ilə dünyada əsas smartfon istehsalçısı olmağı planlaşdırır

Çinin “Huawei Technologies” şirkəti 2020-ci ilədək dünyada smartfonların satış 

17/11/18
“Google Play”da kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı proqramlar aşkar edilib

“ESET” şirkətinin mütəxəssisləri “Google Play” proqramlar mağazasında kriptovalyuta 

17/11/18
Bütün “Android” qurğularının istifadəçiləri izləmənin qurbanı olublar

“Nightwatch Cybersecurity” şirkətinin mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar