12px13px15px17px
Tarix:14/11/16

Yeni “iPad” planşetləri 2017-ci ilin yazında təqdim ediləcək

İnternetdə tematik portalların birində "Apple" şirkətindəki mənbəyə istinadən yeni "iPad" planşetlərinin 2017-ci ilin martında təqdim ediləcəyi ilə bağlı məlumat yayılıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Planet-today" resursuna istinadən yazır ki, "Business Insider" portalının ekspertləri qeyd edirlər ki, martda dünya çərçivəsiz ekrana malik "iPad" qurğusunun şahidi olacaq. Ümumilikdə planşetlərin üç variantda - 9,7 düym ekranlı ucuz, 12,9 düym ekranlı mövcud modelin yeni variasiyası, eləcə də 10,9 düym diaqonallı yeni "iPad" modelinin təqdim ediləcəyi gözlənilir. Sonuncu qurğu kiçik ekranlı model kimi eyni ölçüyə malik olmaqla çərçivəsiz olacaq.
 
Məlumata görə, planşetlərin çərçivəsiz olması ekran ölçülərini artıraraq qurğuların parametrlərini dəyişməz saxlamağa imkan verəcək.
 
Bir müddət əvvəl internetdə "Apple" şirkətinin 2017-ci ildə 10,5 düymlük "iPad" və 9,7 düym diaqonallı planşetin ucuz variantını təqdim edəcəyi barədə proqnozlar yayılmışdı. Ekspertlər, həmçinin hesab edirlər ki, yeni qurğular yaxşılaşdırılmış "OLED" displeylərlə 2018-ci ildən tez təchiz edilməyəcək. 
 
2017-ci ildə yeni "iPad" planşetlərinin "iPhone" smartfonlarının 10 illik yubileyinə həsr ediləcəyi bildirilir.
 
Nizam Nuriyev 




Baxış sayı: 567

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024