12px13px15px17px
Tarix:15/11/16

“MoVR” virtual reallıq qurğularını naqillərdən xilas edəcək

Mütəxəssislər və istifadəçilər müasir virtual reallıq qurğularının başlıca problemlərindən biri kimi virtual reallıqdan lazımınca həzz almağa imkan verməyən naqilləri göstərirlər. Lakin gələcəkdə vəziyyət dəyişə bilər. Belə ki, bu yaxınlarda Massaçusets Texnologiya İnstitutunun əməkdaşlarının virtual reallıq kaskalarını naqillərdən azad edəcək "MoVR" adlı yeni qurğu yaratmaları məlum olub.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, qurğunun əsasını "5G" şəbəkələrində istifadə edilən texnologiyalar təşkil edir. Bunun sayəsində kompüterdən siqnalın virtual reallıq kaskasına sürətli ötürülməsi təmin edilir. Layihə müəlliflərinin sözlərinə görə, simsiz kanallarla məlumatların ötürülməsi üçün digər texnologiyalar bu nəticəyə nail olmağa imkan vermir.  

Lakin "MoVR" qurğusunda istifadə edilən texnologiyanın çatışmazlığı da var. Çünki siqnalın stabil ötürülməsi üçün onun yolunda maneə olmamalıdır. Mütəxəssislər qurğunu siqnalın istiqamətini müəyyənləşdirən və onu heç bir maneənin olmadığı tərəfə yönəldən xüsusi mexanizmlə təchiz edərək problemi həll ediblər.

Hazırkı mərhələdə "MoVR" yarı plastik kart ölçüsündə iki kiçik antenaya malikdir. Lakin gələcəkdə antenaların ölçüləri nisbətən böyüyə bilər ki, bunun da sayəsində qurğuya bir neçə virtual reallıq kaskasını qoşmaq mümkün olacaq.  

Nizam Nuriyev 




Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024