12px13px15px17px
Tarix:15/11/16

Avropa kitabxanalarında elektron kitablar abunəyə veriləcək

Avropa İttifaqı ölkələrinin kitabxanalarına kitabların elektron versiyalarından istifadə hüququ 2014-cü ildə verilsə də, indiyədək onların belə ədəbiyyatı abunəyə vermək ixtiyarı olmayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “RSUTE” resursuna istinadən yazır ki, bu və ya digər nəşrin elektron nüsxəsi ilə oxucu yalnız yerində - kitabxanada tanış ola bilirdi ki, bu da elektron ədəbiyyatdan istifadənin bütün üstünlüklərindən yararlanmağa imkan vermirdi. Belə ki, elektron kitabdan istifadə prinsipi oxu zalında ümumi iş üsulundan çox fərqlənmirdi.

Bundan sonra istənilən oxucu başqa yerdə lazımi elektron nəşrlərlə işləyə biləcək. Yeni qaydaya görə, kitabxanalar nəşrlərin elektron nüsxələrini abunəçiyə vermək hüququ əldə ediblər. Aİ ölkələrinin bütün kitabxanaları elektron ədəbiyyatın populyarlaşdırılması üçün qanuni hüquqa malik ola bilər.

İstədiyi nəşri abunə hüququndan istifadə edərək götürmək istəyən oxucu onu qurğuya yükləyərək kitabxananın müəyyənləşdirdiyi vaxt ərzində istifadə edə bilər. Bundan başqa, oxucu həmin elektron nüsxənin unikal istifadəçisinə çevrilir. Çünki ondan başqa heç kim bu nüsxədən istifadə edə bilməz. Nəşrdən istifadə müddəti başa çatdıqdan sonra kitab kağız informasiya daşıyıcılarından istifadədə olduğu kimi kitab anbarına təhvil verilmir - kitab sadəcə açılmır və yenidən geniş oxucu kütləsinin ixtiyarına verilir.

Nizam Nuriyev 




Baxış sayı: 1066

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024