12px13px15px17px
Tarix:16/11/16

“Google” aşağı təsvir ölçülü təsvirin keyfiyyətinin yaxşılaşdırılması texnologiyasını təqdim edib

Çox vaxt internetdə tapılmış şəklin keyfiyyəti aşağı olur və onu böyüdən zaman piksellər səpələnir. Ancaq xüsusi agentlərdən bəhs edən müxtəlif filmlərdə xüsusi proqram aşağı təsvir ölçülü şəklin keyfiyyətini bir anda yaxşılaşdırır. Bu günə qədər belə texnologiya əlçatmaz idi, amma “Google” şirkəti tərəfindən hazırlanmış “RAISR” texnologiyası artıq bu problemi aradan qaldırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, əvvəllər də belə metodlar mövcud idi, amma onlar şəklin təsvir ölçüsünün yaxşılaşdırılması üçün yaxınlıqda yerləşən piksellərin kopyalanması üçün kifayət qədər sadə alqoritmlərdən istifadə edirdilər. Nəticədə şəklin təsvir ölçüsü  artsa da, lakin şəkil bulanıq görsənirdi. “RAISR” texnologiyasının əsasını kompüter təlimi təşkil edir.

İnternet nəhəngi “RAISR” texnologiyasını 10 min cüt şəklin nümunəsində  öyrədib, şəkillərdən biri aşağı, ikincisi isə yüksək təsvir ölçüsünə malik olub. Yekunda yeni texnologiya tərəfindən yaradılmış filtr aşağı təsvir ölçüsünə malik şəkli maksimum dərəcədə ilkin formasına qaytarmağa imkan verir.

Bu texnologiya mobil telefonlar üçün faydalıdır. Məsələn, smartfonlara qurulmuş kameraların aşağı təsvir ölçüsünü kompensasiya edəcək və ya rəqəmli zumdan istifadə nəticəsində çəkilmiş şəklin keyfiyyətini yüksəldəcək.

Emil Hüseynov




Baxış sayı: 1384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024