12px13px15px17px
Tarix:17/11/16

“Google Translate” cümlələrin tərcüməsində neyron şəbəkəsindən istifadəyə başlayıb

"Google" şirkəti son zamanlar öz xidmətlərində neyron şəbəkəsindən istifadəyə başlayıb ki, bu da yeni imkanlar açır və vaxt ötdükcə sözügedən xidmətlərin müstəqil təkmilləşməsinə imkan verir. İndi "Google Translate" xidməti müasir texnologiyaların sayəsində bütöv cümləni tərcümə etməyi öyrənib. Bundan əvvəl sözügedən xidmət ayrı-ayrı sözləri və ifadələri tərcümə etdiyinə görə çox vaxt cümlənin mənası düzgün alınmırdı. Hazırda "Google Translate" neyron kompüter tərcümə texnologiyasının tətbiqi sayəsində cümlələri dəqiq tərcümə etmək üçün onları tam təhlil edir.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, hazırda neyron şəbəkəsinin köməyi ilə tərcümə yalnız 8 dildə əlçatandır: ingilis, fransız, alman, ispan, portuqal, çin, yapon, koreya və türk. "Google" şirkəti mövcud olan bütün dillərin dəstəyini reallaşdırmağı planlaşdırır.

Emil Hüseynov




Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024