12px13px15px17px
Tarix:18/11/16

Daxili orqanların diaqnostikası üçün daşınan sensor təqdim edilib

Müasir materialşünaslığın əsas istiqamətlərindən biri forması müvəqqəti tatuirovkaya uyğun gələn miniatür elastik interfeyslərdir. Belə interfeyslər aşağı sıxlıq və elektrik müqaviməti hesabına, məsələn, dərinin keçiricilik qabiliyyətini ölçmək üçün onun üzərinə yerləşdirilə bilər. Ancaq belə "tatuirovka"ların mexaniki akustik xüsusiyyətləri az öyrənilib. Səsi qeydə almağa imkan verən prototiplərin ölçüsü böyük  və lazımi həssaslığa malik deyildi.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, İllinoys Universitetinin alimləri yeni daşınan sensor tipi təqdim ediblər. Datçikin qalınlığı 20 m, çəkisi 213,6 qr-dır və üfüqi səthdə 25% dartıla bilər.

Birinci mərhələdə sensor bədənin müxtəlif hissələrində (boyun, sinə və qarın) yoxlanılıb. Məlum olub ki, sensor ürək klapanlarının açılıb-bağlanması kimi, yuxu arteriyasında qanaxma, səs tellərinin vibrasiyası və hətta mədə-bağırsaq traktının aktivliyi kimi parametrləri qeydə ala bilir.

Sistem, həmçinin "insan-kompüter" interfeysinin elementi kimi sınaqdan keçirilib. Xirtdəyə yerləşdirilmiş sensorun köməyi ilə könüllü “Pac-Man” oynayan zaman kompüterə səs komandaları göndərə bilib. Bu halda sözlərin tanınmasının dəqiqliyi 90% təşkil edib. Alimlərin sözlərinə görə, əlavə avadanlıqdan istifadə və daha geniş buraxılış zolağı hesabına göstəricini yaxşılaşdırmaq olar. Yuxarıda təsvir edilmiş səsin tanınması üsulu başqa analoji sistemlərdə də istifadə oluna bilər. Məsələn, dron və bioprotezlərin idarəetməsində.


Emil Hüseynov






Baxış sayı: 228

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir