12px13px15px17px
Tarix:21/11/16

Gələn il “Office 2007” əlavələr paketinin dəstəklənməsi dayandırılacaq

“Microsoft” korporasiyası 2017-ci ildə “Office 2007” tipli mövcud əlavələr paketinin dəstəklənməsinin rəsmən dayandırılması barədə qərar qəbul edib. Bununla bağlı məlumat korporasiyanın mətbuat xidmətinin nümayəndələri tərəfindən təqdim edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, korporasiya nümayəndələrinin sözlərinə görə, “Microsoft” servislərinin istifadəçilərinə bundan sonra hətta ödənişli əsasda müasir “Office 2007” paketi üçün avtomatlaşdırılmış “patch” proqram vasitələri təqdim edilməyəcək. Məşhur proqram təminatı istehsalçısının rəhbərliyinin belə yanaşması maksimum çoxlu istifadəçini bilavasitə yeni məhsula - bu il geniş ictimaiyyətə təqdim edilən “Office 365” paketinə keçirmək istəyi ilə əlaqədardır.
 
Məlumata görə, hazırda yeni versiya ödənişli xidmətlərin mövcudluğuna görə populyar deyil. Bunun nəticəsində “Office 2007” paketinin dəstəklənməsi növbəti ildə tam dayandırılacaq. Bununla yanaşı, yeni - ödənişli “Microsoft Office” paketlər xidmətində “Visio”, “Project Server”, “SharePoint Server”, “Exchange Server”, “Communications Server” və s. kimi əvvəllər bağlı olan servislərdən istifadə mümkün olub.
 
Nizam Nuriyev 




Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024