12px13px15px17px
Tarix:21/11/16

“Telekom” Azərbaycan Super Liqasında liderliyini qoruyub

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında "Azəryol" və "Telekom" komandaları arasında növbəti oyun keçirilib.
 
Noyabrın 19-da baş tutan oyunun ilk seti bərabər mübarizə şəraitində keçib. "Telekom" komandası setin sonunda rəqibi "Azəryol"u üstələyərək, 26:24 hesabı ilə seti öz xeyrinə başa vurub. Növbəti setdə qonaq komanda olan "Telekom" daha yaxşı oyun nümayış etdirərək, 25:13 hesabı ilə qələbə qazanıb.
 
Üçüncü setdə "Azəryol" komandası "Telekom"a güclü müqavimət göstərib. Setin sonunda "Azəryol" 31:29 hesabı ilə önə çıxıb. Üçüncü setdəki qələbədən ruhlanan "Azəryol" dördüncü setə daha inamlı başlayaraq, oyunu 25:18 hesabı ilə başa vurub.
 
Həlledici beşinci setdə isə "Telekom" 15:6 hesabı ilə "Azəryol üzərində qələbə qazanıb.
 
Beləliklə, gərgin keçən bu oyun 3:2 hesabı ilə "Telekom"un "Azəryol" komandası üzərində qələbəsi ilə başa çatıb.
 
Bu oyundan sonra "Telekom" komandası 2016/2017  Azərbaycan Super Liqasında liderliyini qoruyub:

 
Adı Oyun sayı Qələbə sayı Məğlubiyyət sayı Setlər Toplar Xal
"Telekom" 4 4 0 12-5 400-326 10
"Azərreyl" 3 2 1 8-5 287-238 6
"Azəryol" 4 1 3 8-9 350-367 5
"Lokomotiv" 3 0 3 0-9 119-225 0
"Gürcüstan" 0 0 0 0 0 0





Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024