12px13px15px17px
Tarix:21/11/16

İlk müasir optik prosessor nümayiş etdirilib

Mühəndislər optik elektronikanın klassik elektronika ilə birləşdirilməsi vasitəsilə tam yeni müasir qurğuların yaradılması üzərində işi davam etdirirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, bu fəaliyyətin nəticəsi kimi “Optalysys” şirkəti tərəfindən nümayiş etdirilən “GENESYS” optik prosessorunu qeyd etmək olar. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu bilavasitə “PCI Express” tipli genişləndirmə palatası şəklində adi adapteri xatırladan genişləndirmə platasıdır. Bununla yanaşı, “GENESYS” özünəməxsus bərkidici planka üçün qeyri-adi dörd çıxışlı form-faktora malikdir. “Optalysys” mütəxəssisləri əmindirlər ki, qurğu “pattern” kompüter proqramlarının tanınmasını, funksiyaların riyazi təhlilini, matrisaların ədədə vurulmasını və digər əməliyyatların sürətləndirilməsini təmin edəcək.
 
Gələn ilin sonunda qiymətləndirilməsi mümkün olacaq “GENESYS” prosessoru 20 giqahersli “pattern” proqramı (500х500 piksel təsvir ölçüsü) ilə təchiz ediləcək. Belə aşağı tezlik göstəriciləri qurğunun ənənəvi binar elektronika ilə müqayisədə nisbətən fərqli iş prinsipləri ilə izah edilir.

Nizam Nuriyev 




Baxış sayı: 1643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024