12px13px15px17px
Tarix:24/11/16

“Aztelekom.net” istifadəçilərinin sayı 200 000-ə çatıb

"Aztelekom" MMC-yə məxsus  "Aztelekom.net" dövlət internet provayderinin istifadəçilərinin sayı  200 000-ə çatıb.   

Qusar rayon sakini Elmar Osmanov provayderin 200 000-ci istifadəçisi olub.
 
Provayderin şanslı istifadəçisinə hədiyyə olaraq  3 aylıq internet xidmətindən pulsuz istifadə sertifikatı və planşet  təqdim olunub.
 
Bu münasibətlə,  "Aztelekom" MMC-də keçirilən  tədbirdə MMC-nin baş direktorunun müşaviri Elçin Cabbarov bildirib ki, əsas məqsəd istifadəçiləri  keyfiyyətli xidmətlərlə təmin etməkdir.
 
O, xidmət keyfiyyətinin artırılması, müştəri məmnunluğunun yüksək səviyyədə təmin edilməsi istiqmətində görülən işlər nəticəsində "Aztelekom.net" istifadəçilərinin sayının nəzərəçarpacaq  dərəcədə artdığını vurğulayıb.
 
 Bu uğurda "Aztelekom" MMC-nin yerli telekommunikasiya qovşaqlarının əməyinin də əvəzsiz olduğu bildirilib. 








Baxış sayı: 1092

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024