



“Baktelekom” “Bakutel-2016” sərgisində ən son yeniliklərini təqdim edəcək

"Baktelekom"un GPON texnologiyası əsasında "Üç bizimlə" məhsulu adı altında abunəçilərə eyni infrastruktur üzərindən təklif etdiyi telefon rabitəsi, internet və rəqəmsal televiziya xidməti haqqında geniş məlumat alacaqlar.
Həmçinin, sərgi ziyarətçilərinə fərdi və korporativ müştərilər üçün nəzərdə tutulan xidmətlər paketi, güzəştli tariflər haqqında dolğun informasiya təqdim olunacaq.
Sərgi çərçivəsində genişmiqyaslı sosial-iqtisadi yönümlü layihələrdən biri olan "İctimai Wi-Fi" layihəsi üzrə həyata keçirilən işlər, şəbəkənin əhatə dairəsi və pulsuz internetdən istifadə şərtləri barədə məlumatlar da təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq tətbiq olunan ödənişsiz əsaslarla genişzolaqlı internet xidməti ictimai yerlərdə insanlara səmərəli istirahət üçün şərait yaradacaq.
Bundan başqa, sərgi iştirakçıları "Baktelekom"un təklif etdiyi sərfəli kampaniyalara qoşulmaq imkanı əldə edəcək. Sabit telefon xidməti istifadəçiləri ADSL İnternet xidmətinə qoşularaq ilk ay üçün ödəniş edərsə, 2 servisdən (Nömrə təyinetmə, Gələn zənglərin avtomatik cavablandırılması) birini seçib bir il ödənişsiz istifadə haqqı qazanacaq.
ADSL İnternet xidmətinə qoşularaq (1 mbps, 3 mbps, 5 mbps) ilk üç ay üçün ödəniş edən abunəçi isə bu müddət ərzində ikiqat sürətdən faydalanacaq.



Baxış sayı: 1933
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Abşeronda yeni yaşayış məntəqələri kabelləşdirilir
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Bakıda yeni universal taksofonlar qurulacaq
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub