12px13px15px17px
Tarix:28/09/11

“Microsoft” spam göndərilməsində ixtisaslaşdırılmış kompyuter şəbəkəsinin mövcudluğuna son qoyub

“Microsoft” korporasiyasının səyləri sayəsində spam göndərilməsində ixtisaslaşdırılmış “Kelihos” kompyuter şəbəkəsinin mövcudluğuna son qoyulub.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl, “Microsoft” korporasiyası iri “Rustock” və “Waledac” botnetlərinin neytrallaşdırılmasında da kömək edib.

“Kelihos”-un aradan qaldırılması zamanı da əvvəl istifadə edilən texniki və hüquqi metodlar istifadə olunub: korporasiya məhkəməyə “Verisign” şirkətini botnetin əmr-nəzarət qovşaqları kimi istifadə olunan təxminən 20 domen adını bağlamağa məcbur etmək tələbi ilə müraciət edib.

“Kelihos” şəbəkəsinin tərkibinə təxminən 42-45 min yoluxmuş kompyuter daxil olub. Onların vasitəsi ilə kibercinayətkarlar sutka ərzində əczaçılıq preparatları, pornoqrafik xarakterli materiallar, zərərverici proqram təminatı və s-nin reklamı ilə olan 4 milyarda qədər spam göndərirdilər.

“Microsoft” mütəxəssisləri, həmçinin potensial olaraq botnetin təşkilinə aid olan adamı aşkara çıxarmağı bacarıblar: bu, Çexiya Respublikasından “Dotfree Group” domen biznesinin sahibi Dominik Piattidir.



Baxış sayı: 1682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024