12px13px15px17px
Tarix:03/12/16

“Ağıllı” “Gate” kilidi kamera və mikrofon ilə təchiz edilib

Bu yaxınlarda “Indiegogo” saytında “ağıllı” kilid layihəsi üçün vəsait toplanışı kampaniyası uğurla başa çatıb. “Gate” adlanan qurğu analoqlarından bir çox cəhətləri ilə fərqlənir. Kilid təhlükəsizliyin lazımi səviyyədə təmini üçün zəruri olan bütün şeylərlə - mikrofon, 1280x720 təsvir ölçüsündə çəkiliş aparan kamera, hərəkət ötürücüsü, açar üçün içlik, mənzil nömrəsinin yığılması və mənzil sahibinin smartfonuna bildirişlər göndərilməsi üçün fiziki düymələr, əks tərəfdən yerləşdirilmiş dönən cəftə, eləcə də çıxarılabilən akkumulyator ilə təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, daha çox rahatlıq üçün mütəxəssislər kilidin rahat və sadə, o cümlədən məsafədən idarəetmə prosesinin həyata keçirilməsi üçün mobil proqram təqdim ediblər. Əsas üstünlüklər arasında “ağıllı” kilid yaradıcıları kameranın hərəkət ötürücüsü vasitəsilə aktivləşdirilməsi imkanını qeyd edirlər. Məsələn, uşaq məktəbdən evə qayıdarkən açarı unutsa, ona valideynlərini gözləmək lazım gəlməyəcək. O, bircə düyməni basmaqla smartfona bildiriş gələcək və qurğunun kamerası işə düşəcək. Öz növbəsində valideynlər məsafədən onun üçün qapını açacaqlar.
 
Bildirilir ki, “ağıllı” “Gate” kilidinin sahibləri, həmçinin tez-tez gəlib-gedən qonaqlar və təmir xidmətləri üçün müvəqqəti kodlar qoya biləcəklər. “Wi-Fi” şəbəkəsini, “microUSB” çıxışını dəstəkləyən qurğu vasitəsilə yazılan bütün video və audiofaylları da “bulud” serverlərində saxlamaq da mümkündür.
“Ağıllı” “Gate” kilidinin tədarükünə 2017-ci ilin birinci rübündə başlamaq planlaşdırılır.

Nizam Nuriyev 






Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024