12px13px15px17px
Tarix:03/12/16

“reMarkable” planşeti sənədlərlə işi asanlaşdıracaq

Planşetlər internetdə rahat informasiya axtarmağa, kitab oxumağa, oyun oynamağa və videoya baxmağa imkan versə də, bəzən belə yüksək texnoloji qurğular xüsusilə müəyyən qeydlər etmək lazım olanda adi kağızı əvəz edə bilmir. Planşet, bloknot və elektron kitabı əvəz edə biləcək “reMarkable” adlanan qurğu məhz bu problemi həll edəcək. 10,3 düym “E-ink” displeylə (55 milli saniyəli gecikmə ilə) təchiz edilən qurğu stilius (elektron qələm) ilə tədarük edilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “reMarkable" üzərində edilən bütün qeydlər və çəkilən şəkillər yaradıldıqdan dərhal sonra xüsusi “bulud” saxlancına yüklənir və onlardan istənilən digər qurğuda istifadə etmək mümkün olur. Bundan başqa, sənədlərdən müxtəlif qurğularda bir neçə istifadəçi ilə birlikdə istifadə etmək olar. Hazırda planşet “PDF” və “EPUB” formatında olan sənədləri dəstəkləyir, lakin mütəxəssislərin sözlərinə görə, gələcəkdə digər formatların da dəstəklənməsi əlavə olunacaq. Qeyd olunur ki, “reMarkable” kitab oxuyan zaman qeydlər etməyi xoşlayanlar üçün xüsusilə faydalıdır.

Planşet sənədlərin saxlanılması üçün 1 giqahers takt tezlikli “ARM” prosessor, 8 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilib. Çəkisi 350 qram təşkil edən qurğu “Linux” əməliyyat sisteminin “E-ink” ekranları üçün optimallaşdırılan “Codex” versiyası ilə işləyir və ölçüsünə görə “iPad mini” planşetinə uyğundur.

“reMarkable” planşetini qoruyucu çexol və stilius ilə birlikdə istehsalçının rəsmi saytında 379 dollara sifariş etmək olar.

Nizam Nuriyev 






Baxış sayı: 576

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024