12px13px15px17px
Tarix:03/12/16

Cihazlı kostyum insanlara insultdan sonra bərpa olunmağa kömək edəcək

Niderlandda insult keçirən insanlara kömək edəcək çoxlu cihazların quraşdırıldığı xüsusi kostyum hazırlanıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, insult keçirən xəstələr xəstəxana və klinikalarda reabilitasiya proqramlarını başa vurduqdan sonra həkimlər onların sağlamlıq vəziyyətini və ev şəraitində necə bərpa olunmalarını izləməkdə davam edirlər. Məhz buna görə Niderlandın Tvente Universitetinin mütəxəssisi Bart Klassen həkim və xəstə arasında qarşılıqlı əlaqə üçün yeni sistem hazırlayıb. Texnologiyanın əsasını xəstənin geyimin altından geyəcək və internet vasitəsilə onun səhhəti barədə məlumatlar ötürəcək xüsusi kostyuma quraşdırılan cihazlar təşkil edir.

Məlumata görə, kostyumun hazırkı versiyasında ümumilikdə əzələ gücünü, kürəyin və əl-ayaqların dartılmasını, ayaqların yüklənməsini və s. ölçən 41 cihaz quraşdırılıb.  
 
Kostyuma quraşdırılan ötürücü daxilolma zamanı cihazlardan bütün göstəriciləri alaraq onları sonradan emal edilmək üçün universitetə göndərir. Xüsusi proqram təminatı alınan məlumatları təhlil edərək həkimlərə konkret göstərici və xarakteristikalar təqdim edir. Bunun sayəsində həkimlər xəstələr üçün daha keyfiyyətli reabilitasiya proqramı hazırlaya biləcəklər.  
 
Sistemin işi 3 ay ərzində yüksək texnologiyalı kostyumu gündəlik geyinən sınaq iştirakçı qrupu üzərində yoxlanılıb. Mütəxəssislərin sözlərinə görə, sistem yüksək göstəricilər nümayiş etdirib, xəstələr isə kostyumun yarada biləciyi mümkün narahatlıqdan şikayət etməyiblər.
 
Nizam Nuriyev 




Baxış sayı: 985

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Oktyabr 2019

16 10 2019

16/10/19
“Google” şirkəti USB daşıyıcı formasında olan təhlükəsizlik açarı təqdim edib

“Google” şirkəti USB daşıyıcı formasında hazırlanmış miniatür təhlükəsizlik açarını təqdim edib. “Titan S

16/10/19
“Adobe” məhsullarında 80-dən çox boşluq aradan qaldırılıb

“Adobe” şirkəti “Acrobat” və “Acrobat Reader”, “Experience Manager” və “Download

16/10/19
Smartfonun yüksək iş qabiliyyətini qoruyan sadə üsul açıqlanıb

İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğun

16/10/19
Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı 

16/10/19
“Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71%-dən çox artıb

Məlum olduğu kimi, “Microsoft” şirkəti bir neçə ay sonra “Windows 7” əməliyyat sisteminin dəstəyini dayan

16/10/19
“Google Pixelbook Go” noutbukunun təqdimatı olub

“Google” şirkəti ənənəvi oktyabr tədbirində yeni “Pixelbook Go” noutbukunu rəsmən təqdim edib.

16/10/19
“Google” hərəkət sensoruna malik ilk smartfonunu təqdim edib

ABŞ-ın “Google” şirkəti tərəfindən təqdim edilmiş “Pixel 4” smartfonu hərəkət sensoru və təkmilləşdirilm

16/10/19
Sahibini izləyən robot-çamadan təqdim edilib

İtaliyanın “Vespa” motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən “Gita”