12px13px15px17px
Tarix:07/12/16

Meksikada İnternet İdarəçilik Forumu keçirilir

Çərşənbə axşamı Meksikada işə başlayan XI İnternet İdarəçilik Forumunun (IGF) iştirakçıları planetin yoxsul regionlarının sakinlərinin internetdən istifadəsinin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edirlər.

“ICTnews” Elektron Xəbər Xidməti BMT saytına istinadən yazır ki, dünyada 4 milyarda yaxın insan internetdən istifadə imkanından məhrumdur.

Məlumata görə, BMT informasiya-kommunikasiya texnologiyalarını (İKT) Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün vacib alət hesab edir.

BMT baş katibinin iqtisadi inkişaf məsələləri üzrə köməkçisi Lenni Montyel qeyd edib ki, texnologiyalar, xüsusilə internet təhsil, əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması, tibbi xidmət sahələrində, o cümlədən həyatın bütün sahələrində mühüm rol oynayır.

Forumun işində hökumətlərin, özəl sektorun 3 mindən çox nümayəndəsi, eləcə də İKT sahəsi üzrə ekspertlər iştirak edir. Onlar internetin inkişaf prizması ilə insan hüquqları, söz azadlığı, kibertəhlükəsizlik və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, 2005-ci ildə Tunisdə keçirilən BMT-nin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin qərarı ilə yaradılan İnternet İdarəçilik Forumu ildə bir dəfə keçirilir.

Azərbaycan 2012-ci il noyabrın 6-9-da VII İnternet İdarəçilik Forumuna ev sahibliyi edib.

Nizam Nuriyev 




Baxış sayı: 1403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024