12px13px15px17px
Tarix:09/12/16

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Neftçalada vətəndaşlarla görüşüb

Bu gün Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Neftçala şəhərində vətəndaşlarla görüşüb.
 
Nazir Neftçala, Salyan, Biləsuvar, Cəlilabad  və Cəbrayıl rayonlarından olan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.
 
Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.
 
Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
 
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
 
Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
 
Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
 
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
 
 
Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib.














Baxış sayı: 479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Yanvar 2017

16/01/17
Smartfonlar gözqamaşdırıcı lazer şüasının mənbəyini tapmağa kömək edəcək

Böyük Britaniya Müdafiə Nazirliyinin Müdafiə Elmləri və Texnologiyalar laboratoriyası tərəfindən smartfonlar üçün

16/01/17
“Elektron hökumət” portalına kənd təsərrüfatı ilə bağlı yeni elektron xidmətlər inteqrasiya olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına yeni elektr

16/01/17
"Ağıllı" saatlar xəstəlik haqda xəbərdarlıq edəcək

ABŞ-ın Stenford Universitetində Maykl Snayderin rəhbərliyi altında çalışan alimlər komandasının qənaətinə görə, 

16/01/17
Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

“Gartner” analitik şirkəti 2017-ci ildə dünya informasiya texnologiyaları (İT) məhsul və xidmətlərinin satış 

16/01/17
Messencerlər ən populyar əlavələr olaraq qalır

“Flurry” tədqiqat agentliyi hesabat dərc edərək 2016-cı ildə mobil proqramlardan istifadənin ümumi artımının 2015-ci ildəki 

16/01/17
“Windows 10 Mobile” sistemində yaddaş kartlarının şifrlənməsi funksiyası əlçatan olacaq

“Microsoft” korporasiyasının  “Windows 10” masaüstü əməliyyat sisteminə böyük diqqət ayırması hər kəs

16/01/17
“Ağıllı” çarpayı yuxunu maksimum rahat edəcək

“CES 2017” istehlak elektronikası sərgisində təqdim edilən “ağıllı” “Sleep Number 360” çarpayısının vəzifəs

16/01/17
“WhatsApp” istifadəçilərin mesajlarına müdaxilə barədə şayiələri təkzib edib

Bu günlərdə yayılmış informasiyaya əsasən, populyar “WhatsApp” messencerinin tərtibatçıları şifrləmə sistemində 

15 01 2017