12px13px15px17px
Tarix:12/12/16

Sistem fayllarına müdaxilə edən virus aşkar edilib

“Android.Loki.16.origin” virusu “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfon və ya planşetlərdə sistem kitabxanalarına giriş əldə etməyə cəhd göstərir. "Doktor Veb" şirkətinin araşdırmasına görə, bundan sonra sistemi yenidən quraşdırmadan troyanı silmək qeyri-mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “https://hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Android.Loki.16.origin” troyanı reklam və zərərverici proqramlar vasitəsilə yayılır. Virus qurğu haqda məlumatı cinayətkarların serverinə ötürür və telefona “root” giriş əldə etmək üçün ona eksploit yüklənilir.
“Android.Loki.16.origin” virusu "/system" bölməsinə yeridilir və sistem fayllarının dəyişilməsinə giriş imkanına malik olur. Virusu sildikdən sonra sistem açılmır, çünki bəzi sistem kitabxanaları troyanla birgə silinmiş olur.

Troyan aktivləşdikdən sonra qurğulara başqa zərərverici proqramlar, reklam modulları yükləyir. Cinayətkarlar reklam bannerlərinin nümayişindən və “Google Play”da proqramların yüklənmə statistikasını saxtalaşdırmaqla pul qazanırlar.

Qurğunun işini bərpa etməyin yeganə üsulu sistemi yenidən quraşdırmaqdır.

Emil Hüseynov




Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024