12px13px15px17px
Tarix:13/12/16

“SWIFT” banklara kiberhücumların sayının çoxalması ilə bağlı xəbərdarlıq edib

“SWIFT” (Society for Worldwide Interbank Financial Telecommunications) beynəlxalq banklararası tranzaksiya sisteminin rəhbərliyi müştəri bankları kiberhücum təhlükəsinin artması ilə bağlı xəbərdarlıq edib.   

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, məlumatda deyilir ki, təhdidlər daimi, adaptiv və kəskindir və heç vaxt aradan qalxmayacaq.

Məlumata görə, cinayətkarlar bank sistemlərinə kiberhücumların metodlarını təkmilləşdirməkdə davam edirlər. Yeni sxemlərdən biri kibercinayətkarlara texniki dəstək kompüterlərinə müdaxiləyə imkan verən proqram təminatından istifadə ilə əlaqədardır.

“Təəssüf ki, biz cinayətkarlar tərəfindən müştərilərimizin kompüter sistemlərinin ələ keçirilərək sonradan “SWIFT” şəbəkəsi vasitəsilə ödəniş üzrə saxta təlimatların göndərilməsi halları ilə qarşılaşmaqda davam edirik. Analoji üsuldan Banqladeş Bankının vəsaitlərinin oğurlanması üçün istifadə olunub”, - beynəlxalq sistemin məlumatında vurğulanır.

“SWIFT” müştərilərinin təhlükəsizliyinin mühafizəsi üzrə proqramın rəhbəri Stiven Qilderdeylin sözlərinə görə, bu ilin əvvəlindən “SWIFT” sistemindən istifadə edən banklar dəfələrlə vəsaitlərin oğurlanmasına yönələn kiberhücumlara məruz qalıblar. Onların beşdə bir hissəsi uğurlu olub.

Xatırladaq ki, cari ilin martında Banqladeş hökumətinin Nyu-York Federal Ehtiyatlar Bankındakı hesabından 81 milyon dolların oğurlanması məlum olub. Banqladeş Bankının məlumatına görə, kiberhücum 5 fevral 2016-cı ildə həyata keçirilib. Hakerlər mərkəzi bankın məlumat bazasına daxil olaraq vəsaitləri Filippin və Şri-Lankadakı hesablara köçürüblər.

Nizam Nuriyev 




Baxış sayı: 1207

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024