12px13px15px17px
Tarix:29/09/11

“Amazon” “Kindle Touch” riderini təqdim edib

“Amazon” şirkəti sentyabr ayının 28-də “E-Ink” sensor ekranı ilə olan yeni nəsil rider təqdim edib. Korporasiyanın rəhbəri Ceff Bezos bildirib ki, qurğuda infraqırmızı sensor sistemi istifadə olunur. Belə həll ekranın həssaslığına təsir etmir.

Məlumat üçün bildirək ki, “Kindle Touch” riderinin qiyməti 99 dollar təşkil edir. Riderin “3G” modulu ilə olan modifikasiyası 149 dollara olacaq.

Hər 2 modeli artıq sifariş etmək olar, lakin onların tədarükləri noyabr ayının 21-də başlanacaq. “Kindle”-nin daha bir versiyası 79 dollara satılacaq. Onun ekranı adi olacaq. Qurğunu elə bu gündən başlayaraq almaq olar.



Baxış sayı: 1670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024