12px13px15px17px
Tarix:19/12/16

Süni intellekt daha təhlükəsiz akkumulyatorların yaradılmasına kömək edəcək

Yenidən doldurulan litium ion akkumulyatorları elektronikada (xüsusilə mobil qurğularda) geniş istifadə olunur. Litium ion akkumulyatorları yüksək enerji sıxlığı, sabit tutuma və kiçik enerji boşalmasına malikdirlər. Ancaq sözügedən akkumulyatorların əsas çatışmazlığı onların tez alışqanlığıdır. Eyni zamanda alimlər yığcam batareyalar üçün yeni enerji daşıyıcıları axtarırlar. Stenford Universitetinin alimləri ən optimal elektrolitin müəyyənləşdirilməsi üçün süni intellektdən istifadə ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, elmi tədqiqat qrupunun rəhbəri Ostin Sendekin sözlərinə görə, bərk enerji  daşıyıcılarına üstünlük verilir, çünki onlar daha sabitdirlər və alışma ehtimalı azdır, bundan başqa, batareyaya lazımi formanı verməyə imkan verir. Xüsusiyyətlərinə görə litium-ion batareyasına oxşar ucuz enerji daşıyıcılarının seçimi üçün uyğun və uyğun olmayan kimyəvi birləşmələrin çeşidlənməsi mexanizminə malik süni intellektdən istifadə edilib.

Sendek litiumdan ibarət 12 min bərk birləşmə haqda məlumat toplamaq üçün 2 il vaxt sərf edib, halbuki süni intellekt bir neçə dəqiqədə uyğun  gələn elektrolitləri müəyyənləşdirib. İndi alimlər bu elektrolitlərin iş qabiliyyətini real şəraitdə sınaqdan keçirəcəklər.

Emil Hüseynov




Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024