12px13px15px17px
Tarix:20/12/16

Respublika ərazisində tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, bu gündən etibarən bütün respublika ərazisində tam olaraq rəqəmli televiziya yayımına keçilib və analoq yayım dayandırılıb.

Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarını yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır.

Rəqəmli yayıma keçidin bir üstünlüyü də ondan ibarətdir ki, hər bir bölgədə bütün televiziyaların yayımı vahid stansiyadan həyata keçirilir. Yəni əhali quraşdırdığı antenaları bir istiqamətə yönəltməklə, açıq paketlə yayımlanan bütün kanalları rahat izləyə bilər.

Bununla da, ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq öhdəliyini yerinə yetirmiş oldu.

Qeyd edək ki, Azərbaycan MDB-də tam olaraq rəqəmli yayıma keçən ikinci  ölkədir.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən, Bakı və Abşeron yarımadasında isə bu il noyabrın 1-dən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1411 nömrəli "Qaynar xətt"nə zəng etmək olar. 




Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 İyun 2017

27 06 2017