12px13px15px17px
Tarix:21/12/16

“Viber” messencerinin yeni versiyasında stikerlər üzrə axtarış və qısa videomesajlar istifadəyə verilib

"Viber" messencerinin yeni versiyası "iOS" və "Android" mobil əməliyyat sistemləri ilə işləyən qurğular üçün nəzərdə tutulub. "Viber 6.5.5" messencerində qısa videomesaj göndərilməsi, stikerlər üzrə axtarış və çatlarda əlavə xidmətlər əlçatan olub.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, birbaşa çatın pəncərəsindən 30 saniyəlik videoçarx çəkmək mümkündür. Səsli mesaj düyməsinə sıxıb saxladıqdan sonra çəkiliş rejimi aktivləşir.

İstifadəçi "@stickers" yığdıqdan və ya "@" simvoluna sıxdıqdan sonra stikerlər üzrə sürətli axtarış aktivləşir. Eyni üsulla "Giphy", "Wikipedia" və "TheMovieDB" kimi başqa kənar xidmətlərdən istifadə etmək olar. İstifadəçi sadəcə "@" nişanına sıxmalı və siyahıdan xidməti seçməlidir. Gələcəkdə messencerdə əlçatan kənar xidmətlərin sayı artırılacaq. Bundan başqa, tətbiqin yeni versiyasında müstəvi dizaynda yeni smayllar istifadəyə verilib.

"Viber 6.5.5" versiyası yaxın günlərdə "Google Play" və "App Store" internet mağazasında əlçatan olacaq.

Emil Hüseynov




Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024