12px13px15px17px
Tarix:23/12/16

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Milli Net 2016” qaliblərinin təqdimat mərasimi keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və "Delta Telecom" şirkətinin dəstəyi ilə "Milli İnternet Mükafatı - Milli Net 2016" qaliblərinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində artıq 8-cı il keçirilən "Milli Net 2016" müsabiqəsinin cari il üçün qalibləri elan olunub.
 
"Milli Net" Təşkilat Komitəsi adından çıxış edən Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz "Milli İnternet Mükafatı" və müsabiqə çərçivəsində görülmüş işlər haqda məlumat verib. Qeyd edilib ki, "Milli Net 2016"-da  11 nominasiya üzrə 303 internet resurs təqdim olunub ki, onlardan yalnız 238 sayt yarışmaya buraxılıb. Eyni zamanda, AİF tərəfindən 3 istiqamət üzrə formalaşdırılan Münsiflər Heyətinin və 5 nəfərdən ibarət mobil tətbiqlər üzrə münsiflərin 2-ci səsvermə prosesində 74 nominant arasından ən yaxşıları seçilib.
 
AİF prezidenti müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi, "Delta Telecom", "BestComp" , "Lenovo" və "Aromaniaya" şirkətlərinə minnətdarlığını bildirib.
 
Mərasimdə çıxış edən RYTN rəsmisi Tahir Məmmədov Azərbaycan internetinin inkişafında "Milli Net" yarışının önəmli rol oynadığını, internetin inkişafı ilə bağlı atılan addımların nazirlik tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb. O, yaxın zamanlarda İKT-nin inkişafı istiqamətində RYTN tərəfindən daha ciddi addımların atılacağını da qeyd edib.
 
"Delta Telecom" şirkətinin texniki direktoru Atəş Rzayev çıxışında "Milli Net" müsabiqəsinin ölkədə internetin,  bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.
 
Çıxışlardan sonra 11 nominasiya üzrə qaliblər mükafatlandırılıb. "Korporativ saytlar" nominasiyası üzrə http://coworking.az; "İctimai-sosial saytlar" nominasiyası üzrə http://www.ireli.az; "Media və İnformasiya" nominasiyası üzrə http://www.fins.az; "Mədəniyyət, incəsənət və turizm saytları" nominasiyası üzrə http://www.medeniyyet.info; "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə http://www.asanmektub.az; "Bloqlar" nominasiyası üzrə http://saturdaymenu.com; "Elm və təhsil" nominasiyası üzrə http://asanschool.az; "Elektron hökumət" nominasiyası üzrə http://dxr.az/; "Xidmət (Servis) - eTicarət" nominasiyası üzrə http://maxi.az; "Mobil tətbiqlər" nominasiyası üzrə KVOTTER; "Ən yaxşı sosial şəbəkə səhifəsi" nominasiyası üzrə https://www.facebook.com/avtostop.tv/ qalib olub.
 
Qaliblərə və fərqlənənlərə "Lenovo",  "BestCom" və "Aromaniaya" şirkətlərinin hədiyyələri təqdim olunub. 






Baxış sayı: 1552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024