12px13px15px17px
Tarix:27/12/16

2016-cı ildə ev audiotexnikası bazarının həcmi 11 milyard dollara yaxınlaşacaq

Dünyada ev audiotexnikasına tələbat yüksələn xətlə davam edir. “Futuresource Consulting” tədqiqat şirkətinin proqnozuna görə, 2016-cı ildə sözügedən kateqoriya üzrə artım tempi istehlak elektronikası bazarına nisbətən yüksək olacaq. Gözləntilərə görə, cari ildə istehsalçılar tərəfindən ümumilikdə 102 milyon ev audiotexnikası tədarük ediləcək və satışdan əldə olunan gəlirin həcmi 11 milyard dollara yaxınlaşacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, "son bir neçə ildə ev audiotexnikası istehlak texnikası bazarında ən sürətlə inkişaf edən kateqoriyalardan biridir, amma 2016-cı ildə müşahidə olunmuş dinamika yaxın gələcəkdə daha böyük perspektivdən xəbər verir – “Futuresource Consulting”in baş analitiki  Rasika D'Souza deyib. “SoundBar” və “Bluetooth” kolonkalar kimi audiosistemlər seqmentlərində qeydə alınan aktivlik, həmçinin “Alexa” səs köməkçisi ilə təchiz edilmiş “Echo” “ağıllı” dinamiklərinin uğuru rekord yüksək nəticə təmin edərək gələcək artım tempinə zəmin yaradıb".

2016-cı ildə virtual şəxsi köməkçilərlə (“Virtual Personal Assistant”, “VPA”) təchiz edilmiş akustik sistemlər diqqət mərkəzində olublar. “Futuresource” şirkətinin ekspertləri bu kateqoriya üzrə yüksək artım proqnozlaşdırıb. “Microsoft” korporasiyasının “Harman” audioelektronika istehsalçısı ilə əməkdaşlığı katalizator rolunu oynayacaq. “Harman” artıq “Microsoft Cortana” səs köməkçisini dəstəkləyən portativ audiosistemini təqdim edib. Bu qurğu 2017-ci ildə bazara çıxarılacaq.

Araşdırmaya əsasən, “VPA” cihazlara olan yüksək marağa baxmayaraq, “Bluetooth” kolonkalar simsiz audiokolonkalar bazarında 80%-dən çox paya sahibdirlər. Ucuz qiymətə satılması sayəsində “Bluetooth” kolonkalara tələbat yüksəkdir.

Emil Hüseynov




Baxış sayı: 447

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024