12px13px15px17px
Tarix:29/12/16

Yeni il üçün ən çox arzulanan smartfon məlum olub

“Flurry Analytics” tədqiqat şirkəti Yeni il bayramı günlərində mobil qurğu istehsalçılarının aktivləşdirilən məhsullarına həsr edilən hesabat dərc edib. Reytinqdə gözlənildiyi kimi, birinci yeri “Apple” şirkətinin istehsalı olan məhsullar (iPhone) tutub.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bayramlar vaxtı aktivləşdirilən bütün qurğuların 44 faizi “Apple” şirkətinə məxsus olub. İkinci yerdə iki dəfədən çox fərqlə “Samsung” (21 faiz), üçüncüdə “Huawei” (3 faiz) şirkətləri qərarlaşıb. Sonrakı pillələrdə hər biri 2 faizlik göstəriciyə malik “LG”, “Amazon”, “Oppo”, “Xiaomi” və “Motorola” istehsalçıları yer alıb. Bu reytinqdən əvvəl “Flurry Analytics” mütəxəssisləri həm smartfonların, həm də müxtəlif ölçülü planşetlərin aktivləşdirilməsini hesablayıblar.  

Şirkətin hesabatında, həmçinin bayramlar vaxtı aktivləşdirilən müxtəlif tipli qurğular üzrə statistika təqdim olunub. 2013-cü ildən bütün ölçülü planşetlərin satışı tədricən azalmağa doğru gedir, 5-6,9 düym diaqonallı smartfonların populyarlığı isə dörd il ərzində 4 faizdən 37 faizədək artıb. Kiçik diaqonallı smartfonların payı ardıcıl ikinci ildir 1 faiz təşkil edir.  

Nizam Nuriyev 




Baxış sayı: 554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024