12px13px15px17px
Tarix:29/12/16

2016-cı ildə süni intellektin 6 vacib uğuru

2016-cı il tarixə süni intellekt ili kimi düşüb. Özünüidarə sistemləri, səsin tanınması və dərin təlim sahələrində irəliləyiş sayəsində kompüterlər əvvəllər qeyri-mümkün olan bir sıra böyük nailiyyətlər əldə ediblər. Bu nailiyyətlər aşağıdakılardır:
 
1. “AlphaGo” süni intellekti Qo oyunu üzrə dünya çempionuna qalib gəlib
Qo bəşəriyyət tərəfindən ixtira olunmuş ən mürəkkəb peşəkar oyun hesab edilir. Bu oyun inanılmaz sayda mümkün variantlar təklif edir və insan intuisiyasına əsaslanır. “AlphaGo” süni intellekti yaratdığı surətlərlə milyonlarla partiya oynayaraq bu oyunu mükəmməl mənimsəyib və cari ilin martında çempion Li Sedola üzərində qalib gəlib.
 
 
2. Sürücüsüz “Tesla” maşını infarkt keçirmiş insanı xəstəxanaya çatdırıb
Sürücüsüz nəqliyyat vasitəsi dünyada əsas müzakirə predmetlərindən biridir. Ancaq “Tesla” şirkətinin direktoru Elon Mask deyir ki, avtopilot sisteminə malik avtomobillər daha təhlükəsizdir. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının hesabatına əsasən, 2015-ci ildə adi avtomobillərlə qət edilmiş hər 100 milyon mildə ölüm faizi 1.3 hadisə təşkil edib, halbuki “Tesla” sürücüsüz avtomobili ilə qət edilmiş 130 milyon mildə bir bədbəxt hadisə qeydə alınıb. Bu halda şirkətin avtopilotu öz sahibi Coşua Nellinin qəfil ürək tutması zamanı onu xəstəxanaya çatdırıb.
 
3. Süni intellekt Kentukki derbisinin nəticələrini proqnozlaşdırıb
Mayda “UNU” adlı süni intellekt nüfuzlu at yarışının 4 qalibini finişə çatma ardıcıllığı üzrə öncədən müəyyənləşdirib. Heç bir ekspert bunu bacarmayıb. Beləliklə, kompüter 540/1 nisbətində qalib gəlib.
 
4. “Microsoft”un süni intellekti bugünkü gündə insan nitqini insanlardan pis anlamır
“Microsoft” cari ilin oktyabrında ilk dəfə süni intellektin danışığın avtomatik tanınması effektivliyi üzrə insanın imkanlarına yiyələnməsini nümayiş etdirib. Bu nəticəyə nail olmaq üçün şirkətin sistemi çox dəqiq və rekkurent neyron şəbəkələrindən istifadə edib.
 
 
 
5. Süni intellekt ABŞ-da prezident seçkilərinin nəticələrini proqnozlaşdırıb
ABŞ-da prezident seçkilərinin nəticələri siyasi sistemin insayderləri daxil olmaqla bir çoxları üçün sürpriz olub. Ancaq Hindistanın “MogIA” startapı öncədən 100% Trampın qələbəsini söyləmişdi. Şirkətin süni intellekti sosial mediada 20 milyon yazını təhlil edərək seçicilərin real simpatiyasını müəyyənləşdirməyə nail olub.
 
6. Süni intellekt xərçəng xəstəliyinin diaqnostikası üzrə inqilab edib
Səhiyyə sahəsində süni intellektin uğuru böyük əhəmiyyət kəsb edir. Məsələn, “IBM Watson” superkompüteri bugünkü gündə insan səhhətində təcrübəli diaqnostların diqqətindən qaçan problemləri aşkar etmək qabiliyyətinə malikdir. “Watson” superkompüteri 30% halda pasiyentlərə həkimlər tərəfindən buraxılmış əlavə diaqnoz qoyur.

Emil Hüseynov




Baxış sayı: 916

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024