12px13px15px17px
Tarix:29/09/11

“Flickr” xidməti şəkillərə birgə baxış funksiyası təqdim edib

Şəkillərin internetdə nəşri üçün nəzərdə tutulmuş “Flickr” xidmətində “Photo Session” funksiyası yaradılıb. Bu barədə fotohostinqin rəsmi bloqunda məlumat verilib.

Yeni funksiya istifadəçilərə istənilən açıq albomdan şəkillərə baxmağa və onları müzakirə etməyə imkan yaradacaq. Şəkillər slayd-şou rejimində göstərilir.

İstifadəçilər çatda ünsiyyət saxlaya və şəkil üzərində istədikləri çizgiləri çəkə bilərlər. Bir sessiyada 10-a qədər istifadəçi iştirak edə bilər. Dəvətləri elektron poçtla və ya xüsusi olaraq yaradılmış bağlantı ilə bölüşmək olar.

“Flickr” yeni funksiyanın bütün səyyahlarda işləyəcəyinə zəmanət vermir. “Flickr” öz bloqunda, həmçinin “Android” platformasında işləyən mobil qurğular üçün əlavənin çıxarılması haqqında məlumat verib. Əlavəni “Android Market” mağazasından əldə etmək olar.

2004-cü ilin fevral ayında istifadəyə verilən “Flickr” fotohostinq xidməti “Yahoo” şirkəti tərəfindən 2005-ci ilin mart ayında alınıb. İndiyə qədər xidmət istifadəçiləri 6 milyarddan çox şəkil yükləyiblər.



Baxış sayı: 1611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024