12px13px15px17px
Tarix:29/09/11

Bakıda sürətli və keyfiyyətli internet xidməti təqdim edən “ONU” tipli stansiya istifadəyə verilib

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Xətai Telefon Qovşağı xidmət ərazisində yaşayan sakinlərin daha keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi məqsədilə yeni avadanlıqların tətbiqini genişləndirir.

Qovşağın rəisi Əhməd Mehtiyevin “ictnews”-a verdiyi məlumata görə, bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq Dövlət Dəmir Yolu QSC-nin yaxınlığında yeni “ONU” (Optik Network Union (Optik Şəbəkə Nöqtəsi) tipli stansiya istifadəyə verilib. “ONU” stansiyası sakinlərə NGN texnologiyası imkanlığı ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir.

Əhməd Mehtiyev bildirib ki, sözügedən avadanlıq istifadəçilərin telefon xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır.

Bu avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və keyfiyyətli şəkildə çatdırılmasını təmin edir. Qeyd edək ki, Bakıda geniş şəkildə tətbiq edilən bu avadanlıq dünya təcrübəsində özünü yüksək keyfiyyəti ilə doğruldub.



Baxış sayı: 2612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024