12px13px15px17px
Tarix:06/01/17

Bu şirkət 8 QB əməli yaddaşla təchiz edilmiş ilk smartfonunu təqdim edib

Tayvanın “Asus” şirkəti rəsmən 5 yanvar tarixində Las-Veqasda öz işinə başlayacaq “CES” sərgisi ərəfəsində 8 QB tutumunda əməli yaddaşla təchiz edilmiş “Zenfone AR” smartfonunu təqdim edib.

Rekord tutuma malik əməli yaddaş yeni qurğunun yeganə özəlliyi deyil. “Zenfone AR” smartfonu, həmçinin dünyada “Google Tango” artırılmış reallıq texnologiyasının dəstəyinə malik ilk smartfondur.
“Asus Zenfone AR” cihazı 1440x2560 piksel təsvir ölçülü 5.7 düymlük “Super Amoled” displeyi, artırılmış və virtual reallıq texnologiyaları ilə daha səmərəli işləmək üçün optimallaşdırılmış “Qualcomm Snapdragon 821” prosessoru ilə təchiz edilib. Smartfonun əsas yaddaşının tutumu 256 QB-dır və “microSD” kartının köməyi ilə onun tutumu artırıla bilər.

Qurğunun təkmilləşdirilmiş avtofokusla təchiz edilmiş əsas kamerasının təsvir ölçüsü 23 meqapiksel, ön kamerada isə 8 Mp-dir. Həmçinin smartfon barmaq izi skaneri, “Quick Charge 3.0” sürətli enerji doldurma texnologiyasının dəstəyinə malik 3300 milliamper/saat tutumunda akkumulyator və “USB Type-C” portuna malikdir. Smartfon “Android 7.0 Nougat” sistemi ilə işləyir.

Emil Hüseynov




Baxış sayı: 438

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024